Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qazlı içkilərin orqanizmə ZİYANI

Qazlı içkilərin orqanizmə ZİYANI

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Dünyada ən çox satılan içkilərdən biri də qazlı içkilərdir. Müasir dövrdə sərinləşdirici effekt vermək üçün içkilərdə karbon dioksiddən istifadə edilir.

Belə içkilərin tərkibinə su, şəkər (saxaroza, qlükoza və fruktoza), şəkər əvəzləyiciləri, turşular (limon turşusu, alma turşusu və fosfor turşusu), meyvə şirəsi, dadlandırıcılar, rəngləndiricilər və uzun müddətli saxlamaq üçün lazımi maddələr də daxildir. Bəs gündəlik istifadə etdiyimiz qazlı içkilər sağlamlığımıza necə təsir göstərir?

Qazlı-şəkərli içkilərin zərərlərini təqdim edirik:

Elmi araşdırmalar sübut edir ki, qazlı içkilərin istehlakı qidalanma və sağlamlıqla birbaşa əlaqəlidir. Bu tip içkilərin istifadəsi enerji qəbulu, həmçinin çəki artımı, obezliklə müşayiət edilir. Bəzi araşdırmalar isə həmin içkilərin qəbulu zamanı çəki artımını gündəlik qəbul edilən enerjinin miqdarı ilə əlaqələndirirlər. Digər maraqlı fakt bundan ibarətdir ki, insanlar qazlı-şəkərli içkiləri qəbul edərkən eyni kaloriyə malik qidalara nisbətən daha az enerji qəbul edirlər. Bunun səbəbi isə onunla izah olunur ki, insan orqanizmi enerjini yeməkdən və içkidən müxtəlif yolla qəbul edir. Maraqlıdır ki, insanın qazlı-şəkərli içki və ya meyvə şirəsindən aldığı enerji dəyəri bərabərdir.

Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Tədqiqat və Risklərin Qiymətləndirilməsi Departamenti, Biomühəndislik Araşdırmaları Şöbəsinin əməkdaşı Abdul Etibaroğlunun hazırladığı məqalədə bəhs olunur.

Qazlı içki istehlakı artıq çəki ilə müşahidə olunduğu kimi, bu içkilərdən imtina çəki kontrolunun nizamlanmasına gətirib çıxarır. Bundan başqa, qazlı içki qəbulunun diabetlə də əlaqəsi var. Gündəlik olaraq 1-2 qab (250 ml) şəkərli içki qəbul edənlərin 2-ci növ diabetdən əziyyət çəkmə ehtimalları 26 faiz daha çoxdur. Lakin həmin içkilərin gündəlik istehlakını su, çay və ya qəhvə ilə əvəzləmək diabet riskini 2-10 faiz azaldır.

Qazlı içkilərin qan-damar və sümüklə əlaqəli problemlərə səbəb olduğu da məlumdur. Davamlı olaraq qazlı-şəkərli içki qəbul edənlərin, bu tip içkiləri nadir hallarda qəbul edənlərə nisbətən ürək problemləri ilə üzləşmə ehtimalı 20 faiz daha çoxdur. Bundan başqa, eyni içkilərin tərkibində fosfat miqdarının çox olduğu və fosfatın kalsiumdan daha çox qəbulunun sümüklər üçün ziyanlı olduğu məlumdur. Həmin içkilərdə adətən kalsium kimi qidalandırıcı maddələrə rast gəlinmir. Kalsiumun sümük inkişafı üçün son dərəcə əhəmiyyətli olduğunu nəzərə alsaq, bu tip içkilərin gənclər tərəfindən istehlakının təşviq edilməsi yolverilməzdir, çünki orqanizmdə fosfat kalsium balansının pozulması həmin istehlak qrupunda sümüklə əlaqəli problemlərə səbəb olur.

Bəzi sərinləşdirici içkilərin insanların ağız boşluğu sağlamlığına və ümumi səhhətinə zərərli təsir göstərdiyi fikri irəli sürülmüşdür. Həmin içkilər çox vaxt yüksək şəkər və turşuluq tərkibinə malik olur. Hər qram şəkərdə 4 kalori olduğunu nəzərə alsaq, bu içkilərin yalnız əlavə kalori verdiyini, qida dəyəri baxımından isə faydasız olduğunu görmək olar Qazlı-şəkərli içkilərdə orqanizmə lazım olan vitamin, mineral və liflərə rast gəlinmir. Bəzi dietik sərinləşdirici qazlı içkilərə şəkər əvəzinə süni dadlandırıcılar (şəkər əvəzediciləri) qatılır. Bu maddələr piylənmə və diş çürüməsi riskini azaltsa da, onların təhlükəsizliyi hələ də mübahisə mövzusudur. Çünki həmin şəkər əvəzedicilərinin parçalanma məhsulu müxtəlif metabolik təsirlərə aparıb çıxarır. Bəzi tədqiqatlar süni şəkər alternativlərinin istehlakını piylənmə, limfoma, leykemiya, sidik kisəsi və beyin xərçəngi, xroniki yorğunluq sindromu, Parkinson, Alzheimer və autizm kimi xəstəliklərlə əlaqələndirir. Məsələn, şəkər əvəzedicilərindən aspartam və saxarinin potensial kanserogenik təsirləri araşdırılıb. Araşdırma zamanı həmin kimyəvi birləşmələrin qəbulu həm erkək, həm də dişi siçanlarda beyin şişi və sidik kisəsi xərçəngi riskini artırmışdır. Hətta saxarinin istifadəsi bir müddət Kanada və ABŞ-da qadağan edilmiş, daha sonralar isə bu kimi təsdiq edilmiş bir sıra şəkər əlavələrinin normal doza daxilində qəbulunun heç bir sağlamlıq riski daşımadığı öyrənilmişdir.

Qazlı içkilərin faydaları: Tərkibinə şəkər əlavə edilməyən karbonatlı içkilər orqanizm üçün faydalı ola bilər. Belə içkilər, dietik sodalar diabet və çəki tənzimlənməsinə kömək edir, həmçinin fruktoza tərkibli içkilərdən fərqli olaraq dişlərin sağlamlığına hər hansı təhlükə törətmir. (modern.az)
Qazlı içkilərin faydasını üç qrupa bölmək olar. İlk növbədə, karbohidratlarla zəngin olduğu üçün enerji mənbəyidir; ikincisi. izotonik içkilər vasitəsilə bədən duzlarının daha tez həzm olunması (qeyd. İzotonik içkilər bədənin daxili konsentrasiyasına uyğun olan içkilərdir); üçüncüsü, zz kalorili növləri bu şəkildə qidalanmaq istəyənlər üçün daha rahatdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri