Icma.az
close
up
RU
Qazsız qalan Fiko Zelenskiyə Davosda görüş təklif etdi

Qazsız qalan Fiko Zelenskiyə Davosda görüş təklif etdi

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Slovakiyanın Baş naziri Robert Fiko Ukrayna Prezidenti Volodimir Zelenskini iki ölkə arasında gələcək münasibətləri müzakirə etmək üçün yanvarın 21-də Davosda (İsveçrə) Dünya İqtisadi Forumu çərçivəsində görüşməyə dəvət edib.

Redaktor.az xəbər verir ki, o, bunu Almaniya kansleri Olaf Şolzla telefon danışığından sonra bildirib.

“Söhbət zamanı Almaniya kanslerine dedim ki, biz bir neçə gündür ki, Zelenski ilə çərşənbə axşamı Davosda, hər ikimizin də iştirak edəcəyi Dünya İqtisadi Forumunda görüş keçirməyi təklif edirik. Zelenski hələlik bu təklifə cavab verməyib. Davosdakı görüşümüz Slovakiya-Ukrayna münasibətlərinin gələcəyini müəyyən edə bilər”, - deyə Fiko feysbuk səhifəsində yazıb.

Bundan əvvəl Fiko Zelenskiyə Ukrayna ilə dövlət sərhədi yaxınlığında Slovakiya ərazisində danışıqlar aparmağı təklif edib. Onun sözlərinə görə, “görüş Ukrayna ərazisi vasitəsilə Slovakiya və digər ölkələrə qaz nəqli məsələlərinin açıq müzakirəsi üçün yaxşı şərait yaradacaq”.

Slovakiyanın baş nazirinin dəvətinə cavab olaraq Zelenski özünün yanvarın 17-də Kiyevə gəlməsini təklif edib.

Yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Slovakiya da bu səbəbdən qaz ala bilmir. Daha sonra Fiko Ukrayna nümayəndə heyətinin iştirak etməməsi səbəbindən Aİ-nin qazla bağlı yanvarın 7-nə planlaşdırılan məsləhətləşmələrinin dayandırıldığını açıqlayıb.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Yanvar 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri