“QDİƏT ölkələri süni intellekt üçün hüquqi baza formalaşdırmalıdır”
Icma.az, Missiya.az saytına istinadən bildirir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr süni intellekt sahəsində hüquqi çərçivələr formalaşdırmalıdır.
Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar iclasında bildirib.
Onun sözlərinə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri ortaq tarix, mədəniyyət və sülh arzusu birləşdirir: “Bizim fəaliyyətimiz vacib prinsiplərə əsaslanır. Buraya demokratiya, hörmət, etimad kimi dəyərlər daxildir. Qəbul etdiyimiz qərarlar söz olaraq qalmamalıdır. Onlar konkert addımlarla müşayiət olunmalıdır. Belə ki, təşkilata üzv ölkələr arasında dialoq real siyasətə çevrilməlidir. Biz şəffaf mexanizmlər yaratmalı, dayanıqlı inkişafa diqqətimizi yönəltməliyik. Bu gün qəbil ediləcək qərarlar həm operativ, həm starateji olmalıdır”.
Spiker qeyd edib ki, bu mənada rəqəmsallaşma və “yaşıl iqtisadiyyat” mühüm əhəmiyyət kəsb edir: “Süni intellekt də vacib mövzulardan biridir. Bu, artıq bütün sahələrə təsir göstərir. Bununla bağlı hüquqi çərçivələr formalaşdırmalı, region ölkələrinin süni intellektə bərabər çıxışını təmin etməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 18 İyun 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















