Icma.az
close
up
RU
Süni intellekt TDT ölkələri üçün də prioritet sahələrdəndir RƏY

Süni intellekt TDT ölkələri üçün də prioritet sahələrdəndir RƏY

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ölkələr arasında birgə “Türk Süni İntellekt Mərkəzi”nin yaradılması məqsədəuyğundur


Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək həm regiondakı geosiyasi vəziyyətə, həm də gələcəyin texnoloji çağırışlarına diqqət çəkib. Tokayev vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh razılaşması region üçün mühüm əhəmiyyət kəsb edir və bu addım məmnunluqla qarşılanır. O, eyni zamanda TDT çərçivəsində ölkələr arasında əməkdaşlığın ilbəil gücləndiyini qeyd edib və maliyyə nazirlərinin yaxın günlərdə görüşünün planlaşdırıldığını bildirib.

Qazaxıstan prezidentinin çıxışında xüsusi olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Orta Avrasiya regionunda strateji əhəmiyyətinə toxunulub. O, bu marşrutun ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynadığını qeyd edib. Lakin çıxışın ən diqqətçəkən məqamı süni intellektin TDT gündəliyinə daxil edilməsi olub. Tokayev bildirib ki, süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və onun təsiri demək olar ki, bütün sahələrdə görünür. Bu səbəbdən növbəti TDT konfransının əsas mövzusunun məhz süni intellekt olmasının vacibliyini vurğulayan prezident, üzv ölkələrin bu sahədə əməkdaşlığının genişləndirilməsinin regionun gələcək inkişafı üçün həlledici olacağını qeyd edib. 


Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Sherg.az”a açıqlamasında deyib ki, Kasım-Jomart Tokayevin süni intellektlə bağlı çağırışı, əslində, Türk Dövlətləri Təşkilatı (TDT) üçün yeni bir inkişaf mərhələsinin başlanğıcı ola bilər. Çünki süni intellekt artıq yalnız texnoloji məsələ deyil - o, iqtisadi, təhlükəsizlik, informasiya və mədəni sferaları da formalaşdırır: 


“TDT ölkələri üçün də süni intellekt prioritet sahələrdəndir.  Bu ölkələr arasında birgə “Türk Süni İntellekt Mərkəzi”nin yaradılması məqsədəuyğundur.  Burada üzv ölkələrin alimləri, İT mütəxəssisləri, startapları və dövlət qurumları birgə layihələr həyata keçirə bilər. Mərkəz məlumat mübadiləsini, elmi tədqiqatları və texnoloji transferi koordinasiya edə bilər. Bundan başqa “Türk Universitetləri Alyansı” çərçivəsində süni intellekt ixtisası üzrə ortaq proqramlar həyata keçirilə bilər. Bilirsiniz ki, süni intellektin ən vacib istiqamətlərindən biri dil texnologiyalarıdır. Üzv ölkələr bu imkanlardan istifadə edərək ortaq türk dilini inkişaf etdirə bilər. Düşünürəm ki, bu, çox önəmli addım olar. Üzv ölkələr kibertəhlükəsizlik və məlumat mübadiləsi istiqamətində də süni intellektin imkanlarından yararlana bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri