Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qəbələ, 21 avqust, AZƏRTAC
Gənclərin peşə təhsili, karyera imkanları və gələcək inkişaf istiqamətləri barədə məlumatlandırılması məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infotur Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin və Qəbələ regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
İnfotur zamanı istehsalat sahələrinə baxış keçirilib, təcrübə mübadiləsi aparılıb. Gənclərə Peşə Təhsil Mərkəzinin fəaliyyəti, burada tədris olunan ixtisaslar, təhsilalanlar üçün yaradılmış şərait, peşə təhsilinin üstünlükləri və qəbul imkanları barədə ətraflı məlumat verilib. Gənclər mərkəzin emalatxana, istehsalat sahələri və tədris infrastrukturu ilə tanış olub, peşə təhsilinin gələcək karyera imkanlarına verdiyi töhfələr barədə fikir mübadiləsi aparıblar.
Müxbir - Rasim İslamoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 21 Avqust 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















