Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Türkiyədədir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qəbələ, 14 oktyabr, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 8 nəfər inzibati, mühəndis-pedaqoji heyəti və 8 tələbəsi “Qardaş məktəb” layihəsi çərçivəsində Türkiyənin Nevşəhər Peşə və Texniki Anadolu Liseyində səfərdədir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən məlumat verilib.
Bildirilib ki, səfərin ilk günlərində hər iki peşə təhsil mərkəzinin rəhbərləri müəssisələrin fəaliyyəti və tədris imkanları barədə təqdimatlar ediblər. Daha sonra tədris otaqları və laboratoriyalarla tanışlıq olub, təcrübə mübadiləsi aparılıb.
Layihənin diqqətçəkən tərəfi Qəbələdən gedən 8 tələbənin ixtisaslarına uyğun sahələrdə təhsil alan tələbələrin ailələrində səfər müddətində qonaqlanmasıdır. Tələbələr birlikdə dərslərə qatılır, peşə biliklərini bölüşür, asudə vaxtlarını birgə keçirərək yeni dostluqlar qurur və qardaş ölkənin mədəniyyəti ilə yaxından tanış olurlar.
Layihə peşə təhsilində əməkdaşlığın genişlənməsinə, iki ölkənin tələbələri arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verir.
Müxbir - Rasim İslamoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 14 Oktyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















