Qəbələ futbol klubunun güclü külək nəticəsində yararsız vəziyyətə düşən stadionu bərpa ediləcək
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qəbələ" futbol klubunun azyaşlı uşaqlardan ibarət komandalarının soyuq aylarda məşq keçdiyi manej güclü külək nəticəsində yararsız vəziyyətə düşüb. Klub rəsmiləri həmin stadionun bərpası üçün xaricdən mütəxəssislər dəvət ediblər. Manejin bərpasına yaxın günlərdə başlanılacaq.
Bunu Oxu.Az-a açıqlamasında "Qəbələ" klubunun idman direktoru Səbuhi Səfiyarlı deyib.
"Xaricdən gələn mütəxəssislər stadionun bərpa oluna biləcəyini dedilər. Artıq nə qədər vəsaitin lazım olduğu hesablandıqdan sonra bərpa prosesinə başlayacağıq.
Akademiyanın az yaşlı futbolçuları hazırda hava şəraiti normal keçdiyindən digər üstüaçıq stadionlarda məşqlərini keçirlər. Hava şəraiti kəskin formada dəyişmədiyi müddət ərzində azyaşlı uşaqların məşqlərində heç bir problem olmayacaq", - deyə S.Səfiyarlı bildirib.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 08 Yanvar 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















