Qəbələ ilə oyun prinsipial olacaq Kəpəz in müdafiəçisi
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Kəpəz" Misli Premyer Liqasının 26-cı turunda Yevlax şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin müdafiəçisi Mate Abuladze matçdan öncə klubun mətbuat xidmətinə açıqlama verib. Gürcüstanlı futbolçu "Qəbələ" ilə oyunun prinsipial olacağını deyib:
"Fasilədən səmərəli istifadə etdik. Həm taktiki, həm də texniki məşqlərə çox vaxt ayırdıq. Eyni zamanda, fiziki hazırlığımızı yaxşılaşdırmağa da xüsusi diqqət yetirdik. "Qəbələ" ilə oyuna hazırlaşırıq. Türnir cədvəlinə görə bu, prinsipial qarşılaşma olacaq. Çünki 6 xallıq oyundur. "Qəbələ"nin gürcüstanlı baş məşqçisi var. Bu da mənim üçün oyunu daha maraqlı edir. Azarkeşlərin dəstəyi bizim üçün çox önəmlidir. Onlar sanki 12-ci oyunçudur. Hər oyunda dəstəklərini hiss edirik. Ümid edirəm ki, oyundan sonra yenə qələbəni birlikdə qeyd edəcəyik.
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" qarşılaşması sabah keçiriləcək və saat 15:30-da start götürəcək.
saytlarin hazirlanmasi
Baxış sayı:158
Bu xəbər 04 Aprel 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















