Icma.az
close
up
RU
Qəbələ nin akademiya ismarıcı: AFFA nın cavabı və cavabsız qalan suallar

Qəbələ nin akademiya ismarıcı: AFFA nın cavabı və cavabsız qalan suallar

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avrokubok yarışlarının startına az qalıb. Aparıcı klublarımız hazırlıq keçir, heyətə əl gəzdirir, güclənməyə çalışırlar. Digər komandalarımız da boş oturmayıblar. "Neftçi" kimi nüfuzlu, imkanlı klub radikal dəyişikliklərlə diqqət çəkir, yeni mövsümdə iddialı olmağa çalışır. Orta, aşağı imkanlı klublar da boş oturmurlar. Legioner transferləri, göndərilənlər, gətirilənlər gündəmi zəbt edib. Stadionu, infrastrukturu, elementar mətbuat xidməti, strukturu  olmayanların da başı quruculuğa, uşaq futboluna yox, transferlərə qarışıb. Varlığa nə darlıq. Legioner limiti aradan qaldırılıb, dövlət elita klublarına mövsümə 2,5-3 milyon təmənnasız vəsait ödəyir. Doğrusu, təmənna, istək var ki, göstərilən qayğı sayəsində futbolumuz ayağa qalxsın. 

Bu arada, Premyer Liqaya geri dönən "Qəbələ"nin futbol akademiyası ilə bağlı bəyanat tipli açıqlaması ictimaiyyət arasında haqlı narahatlıq yaratdı. Dəstək verənlər, əks-mövqe göstərənlər öz arqumentlərini ortaya qoydular. Hər birinin haqlı gördükləri məqamlar var. 

Məsələni araşdırmağa çalışdıq. Klubdan verilən açıqlamalar nəzərdən keçirildi, AFFA-nın münasibəti incələndi. Açığı, "Qəbələ"nin açıqlamasına assosiasiyanın dərhal reaksiya verməsi təəccüb və suallar doğurdu. Çünki "Qəbələ" bəyanatında heç kimi ittiham etməmiş, sadəcə, maliyyə imkanlarının olmadığına görə, akademiyanın fəaliyyətinin məhdudlaşdırılacağını bəyan etmişdi.

Futbolda üst qurum olan AFFA-nın dərhal reaksiya verməsi başadüşüləndir. Ölkədə bir nömrəli infrastrukturu olan, min əziyyətlə ərsəyə gətirilən, çoxsaylı futbolçu hazırlanmasında, püxtələşməsində müstəsna əməyi olan "Qəbələ" akademiyasının fəaliyyətinin indiki hala endirilməsi, tək kluba yox, ölkə futbolunun gələcəyinə zərbədir. Buna rəğmən, sanki günahkar qismində "biz pul ödəmişik, stadionu təmir etmişik, yığma komandalar Qəbələdə təlim-məşq toplanışları keçirib, ödənişlər edilib" xarakterli tələsik açıqlamalar oldu və dərhal da "Qəbələ"dən əks-reaksiya gəldi: "Ödənilən vəsaitlə mövsüm ərzində xərclənən borclar bağlanıb".

Klub bəyanatı, federasiyadan verilən açıqlamalar nəyi üzə çıxardı? Bəlli oldu ki, ötən il İcraiyyə Komitəsi tərəfindən verilən 700 minlik yardım qərarı "Qəbələ"yə hissə-hissə bu il ödənilib. Əlavə bu da müəyyənləşdi ki, heç bir səlahiyyəti olmayan Klublar Komitəsinin əvəzedicilərlə bağlı qərarını, tövsiyəsini İK qəbul etməyib.

Legioner limitinin aradan götürülməsi fonunda Əvəzedicilər Liqasının statusunun, yarış keyfiyyətinin qaldırılması əvəzinə, çempionat niyə ləğv edilməlidir və bu addım Azərbaycan futboluna nə verə bilər? Minimum 200-300 pis-yaxşı, bu səviyyəyə gəlib çıxmış gənc futbolçunun bayıra atılması nəyə xidmət edir? O 200-300 futbolçudan yaxın gələcəkdə 5-10 futbolçu klubların aparıcı üzvünə, milli komandaya kimi yüksələcəksə, xaricə üz tutacaqlarsa, bu, artıq qazancdır. Nəinki ayrılan vəsait kütləvi halda legionerlərə xərclənsin. Birinci Liqada oynasınlar? Aşağı liqada illərdir qarşısı alınmayan alqı-satqıya son qoyulsun, sonra gənclər o liqaya göndərilər. MPL səviyyəsinə uyğun gəlməyən futbolçular onsuz da aşağı liqalarda özlərinə yer axtarırlar. Kütləvi halda gənc, hələ tam formalaşmayan futbolçuları aşağılara sürükləmək yolverilməzdir. 6-7 il öncə belə bir təcrübə aparılmışdı, heç bir faydası olmadı... Əksinə, olan-qalan gənclər məhv edildi.

Bununla ölkə futbolu heç bir qazanc əldə etməyəcək.

Müşahidələr göstərir ki, legioner limitinin aradan qaldırılması, futbol işbazlarının iştahını artırıb, qazanc əldə olunması üçün fürsət yaranıb. Bu baxımdan AFFA İcraiyyə Komitəsinin əvəzedicilərlə bağlı qəti qərarını ancaq alqışlamaq lazımdır.

Digər arqumentlərdən biri, A komandasının büdcəsi, aşağıda qərarlaşacağı gözlənilən komandaların məcburiyyətdən legionerlərə üstünlük verməsi iddialarıdır. Bəs deyilirdi ki, zəiflər güclü komandalara lazım olmayan yerli futbolçulara üstünlük verəcəklər?!

Bunun əvəzinə stadionu hazır olmayan "İmişli" "prosuz" portuqaliyalıya üz tutur, "Araz-Naxçıvan" Naxçıvanı təmsil etdiyini artıq yaddan çıxarıb, "Karvan" karvanını hansı səmtə istiqamətləndirəcəyini, Yevlaxdan, Ağsudan, Bakıdan keçə biləcəyini müəyyənləşdirir. Və bütün bunlar dövlətin ayırdığı dotasiya ilə edilir.

Belə olan halda, "Qəbələ" akademiya ilə bağlı niyə üsyan etməsin ki?! Hamı necə, onlar da elə...

Araşdırmalar onu göstərir ki, hər şeyin kökündə futbol sistemsizliyi dayanır. Hərə "karvanını" hara istəyir, boşluqlardan istifadə edərək ora da sürməyə çalışır. Keçmişdən qalan dağıdıcı futbol strukturu əvəzinə yenisi qurulmayıb, İnkişaf Strategiyası qəbul edilsə də, elə əvvəlki sistemlə davam edilir. Hiss olunur, kimlərəsə indiki durum sərfəlidir. 

Problemlər bəyanatlarla, qarşıdurmalarla, açıqlamalarla, dəstək kampaniyaları ilə həll edilə bilməz. Bu, çıxış yolu deyil! "Qəbələ" akademiyası Azərbaycan futbolu adına xilas edilməlidirmi? Birmənalı olaraq, bəli. Bunun üçün niyyət olaraq bütün tərəflər "yorğan davası"na getməməli, eyni nöqtəyə vurmalıdırlar. Bu yolda aparıcı rolu, missiyasına uyğun şəkildə AFFA oynamalıdır. Azərbaycan futbolu tələm-tələsik açıqlamalarla deyil, fundamental yanaşma, problemlərin pillə-pillə həll edilməsi ilə istədiyimiz zirvələrə ucala bilər.

Fanat.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 İyul 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri