Icma.az
close
up
RU
AFFA nın verdiyi pul borclara getdi “Qəbələ”nin idman direktoru

AFFA nın verdiyi pul borclara getdi “Qəbələ”nin idman direktoru

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlının QOL.az saytına müsahibəsi

- Azərbaycanda ən yaxşı infrastruktura malik “Qəbələ” akademiyasının fəaliyyətinin dayandırması üçün son hədd nə oldu?

- Biz həmişə akademiyanı ayaqda saxlamağa çalışmışıq. Premyer Liqada çıxış etdiyimiz son mövsümdə dövlətin verdiyi yardım 3 milyon manat idi. İndi isə bu məbləğ 500 min azdır. Biz də hesablamalarımızı ona görə aparmışdıq. Ötən mövsümün əvvəlində isə AFFA klublar arasında belə bir sorğu keçirmişdi ki, əvəzedici liqa yarışı davam etdirilsinmi? Klublar Komitəsində də müzakirə olunmuşdu. Klubların əksəriyyəti buna “yox” demişdi. Biz də hesab edirdik ki, bunu soruşurlarsa, yəqin, ləğv olunacaq. Çünki saxlayacaqlarsa, soruşmağın nə mənası var? Sorğuda da daha çox yarışın keçirilməməsi istənildi. Biz də büdcədə hesabımızı buna uyğun götürmüşdük. İndi isə bizdə əlavə xərc yarandı.

- Əvəzedici komandanı saxlamaq, yarışda iştirak etmək üçün nə qədər vəsait lazım olur?

- Bir mövsüm bir komandanı saxlamalısan. Təxminən 300-350 min xərc tələb edir. Dövlət tərəfindən ayrılan vəasitin də 500 min azaldığını nəzərə alsaq, ümumilikdə təxminən 800 min manat edir. Bu da bizim üçün böyük məbləğdir. Bundan sonra gəlir və xərclərimizi hesabladıq və başa düşdük ki, artıq akademiyanı saxlaya bilməyəcəyik.

- AFFA-nın ayırdığı 700 min manat “Qəbələ” üçün nə dərəcədə yetərli oldu?

- Bu pul ötən mövsüm üçün ayrılıb. Onun yeni mövsümə aiddiyatı yoxdur. AFFA İcraiyyə Komitəsinin qərarı var idi ki, “Qəbələ”yə 2024-2025 mövsümündə akademiyanı və strukturu saxlamaq üçün 700 min manat ayrılsın. Bu vəsait isə bizə bu ilin may ayında ödənildi. Yəni mövsümün sonunda. O da bizim əvvəldən yığılan borclara getdi. Yəni o 700 minlə “Qəbələ”nin borcunun bir hissəi bağlanıb.

- Maliyyə dəstəyinin məbləğinin 700 min manat təyin olunması nəyə əsasən idi?

- AFFA bizdən xərcləri istəmişdi. Bizdə son mövsümün xərclərini hesablayıb demişdik. Akademiya ilə infrastrukturun qorunub saxlanılması üçün xərclər 1 milyon 400 min manat edirdi. Onlar da bizə 700 min manat yardım etdilər. Bu, bizə ötən mövsüm çox dəstək oldu. Biz kimisə ittiham edə bilmərik ki, niyə kömək etmirlər.

- Akademiya fəaliyyət göstərməsə belə, uşaq futboluna diqqət ayrılacaq?

- Əlbəttə. Biz yenə də imkan daxilində uşaq futbolu üçün fəaliyyətimizi davam etdirəcəyik. Dediyim kimi, akademiyanın yataqxana sistemi – qalmaq, qidalanmaq olmayacaq. Amma məsələn, kəndlərdən gələn futbolçularımız var ki, klubun avtobusları onları akademiyaya gətirir. 2-3 istiqamətdə belə marşrut olurdu. İndi o istiqamətləri artıracağıq. İndi qeyd etdiyim xərclər olmayacağı üçün marşrut sayını artıracağıq, Qəbələdən olan uşaqlar üçün imkanlar daha da genişlənəcək. Yəni bizim əsas məqsəd yenə də futbolçu yetişdirmək olacaq. Sadəcə yataqxana sistemi olmayacaq. Kütləviliyə daha çox diqqət ayırmağa çalışacağıq.

- Akademiya üçün xərclənməli olan vəsaitin əsas komandaya ayrılacağı ilə bağlı söz-söhbətlər gəzir.

- Xeyr. Biz akademiyanın fəaliyyətinin dayandırması ilə maliyyə baxımından qabağa düşmürük. Əsas komandanın büdcəsi bəllidir. Ən aşağı büdcələrdən biri bizdədir. Sadəcə, akademiyaya xərcləməyə pul olmadığı üçün belə qərar verildi. Elə deyil ki, biz pulu akademiyaya yox, əsas komandaya xərcləyirik. Əsas komanda öz büdcəsində qalacaq. Yəni akademiyaya ayrılan büdcə bundan sonra başqa istiqamətə yönələcək fikri yanlışdır.

- Klub akademiyanın fəaliyyətinin məhdudlaşdırıldığını bəyan edib. Yenidən işlərin bərpa olunma ehtimalı nə dərəcədədir?

- Bilmirik. Bəlkə, sabah şərtlər dəyişər, hansısa şəkildə akademiyanı bərpa edərik. Çünki Qəbələdə hər şey qurulub. Ölkədə ən yaxşı infrastruktur bizim akademiyadadır.

- Akademiyanın meydançalarına baxılmasa, tez bir zamanda yararsız hala düşəcək.

- Bəli. Buna görə də düşünürük ki, birdən-birə belə bir infrastrukturu dağıtmaq olmaz. Çalışırıq ki, imkan daxilində meydançaları qoruyub saxlayaq.

- Bütün meydançaları saxlamağı düşünürsünüz?

- Hələ ki, hamısını saxlamağa çalışırıq. Görək nə qədər davam edə biləcəyik. Çünki meydançaları saxlamaq çətin prosesdir və xeyli maliyyə tələb edir. Ona görə də bilirik ki, saxlamaq asan olmayacaq. Amma yenə də buna çalşacağıq.

- “Qəbələ”ni himayəsinə görürmək istəyən sponsor yoxdur? Hər hansı danışıqlar gedir?

- Yox, elə bir danışıq yoxdur.

- “Qəbələ”nin əsas komandasının Premyer Liqada hədəfi nə olacaq?

- Əsas komandanın büdcəsi öz yerindədir. Dediyim kimi, ən az büdcələrdən biridir. Kimlərsə düşünə bilər ki, biz pulu akademiyadan kəsib əsas komandaya ayıracağıq. Amma elə bir vəsait yoxdur ki, onu kəsib əsas komandaya sərf edək. Biz pul olmadığına görə akademiyanın fəaliyyətini dayandırırıq. Yəni qənaət rejiminə keçirik. Əsas komanda əvvəldən nəzərdə tutulmuş büdcə ilə davam edəcək. Az büdcə ilə “Qəbələ”nin adına layiq komanda formalaşdırmağa çalışacağıq.

- Heyətə legioner oyunçular cəlb ediləcək?

- Əlbəttə, almalıyıq. Çünki təkcə yerli oyunçularla Premyer Liqada qalmaq çox çətin olar. Legionerlər dəvət olunacaq. Təbii ki, şərtlər daxilində olacaq, büdcəmizə uyğun transferlər ediləcək.

Ramiq Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 İyul 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri