Icma.az
close
up
RU
Qəbələ RLS sökülür Ərazidəki təhlükəli maddələrin aqibəti necə olacaq?

Qəbələ RLS sökülür Ərazidəki təhlükəli maddələrin aqibəti necə olacaq?

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəbələ RLS-in əsas hissələri demək olar ki, sökülüb.

Bu barədə “Yeni Sabah”a "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-dən məlumat verilib.

Hazırda son mərhələyə qədəm qoyulub, vaxtilə stansiyanı su ilə təmin edən boruların çıxarılması prosesi gedir. pizza mizza

Qəbələ RLS 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olub. 2012-ci ilin dekabrın 9-da fəaliyyətini dayandıran stansiyanın söküntüsünə 2022-ci ilin sonlarında başlanıb.

Söküntüdən öncə Fövqəladə Hallar Nazirliyi RLS-də olan təhlükəli maddələr yığışdırılıb:

“Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları söküntüdən əvvəl burada araşdırma aparıb və mütəxəssislər xüsusi formada təhlükəli maddələri yığışdırıb aparıblar. Hazırda stansiyanın ərazisində şüa fonu azalıb. Artıq zərərli bir şey yoxdur. Söküntüdən öncə bunların hamısı olub. Zərərli hissələr yandırılma və basdırılma kimi üsullarla məhv edilib”.

Xatırlatma: RLS-in icarəsi haqqında onillik saziş 2002-ci ildə imzalanıb. Rusiya Qəbələ radiolokasiya stansiyasından istifadəyə görə icarə haqqı ödəyib. 2012-ci ildə bu məbləğin 7 milyon dollardan 300 milyon dollara çatdıra biləcəyinə dair məlumat yayılıb. Bundan əvvəl, 2011-ci ilin noyabrından isə Azərbaycan tərəfi icarə haqqının 15 milyon dollar olmasını istəyib.

2012-ci ildə RF müdafiə naziri Anatoli Serdyukov Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti ilə Qəbələ RLS-in statusu, stansiyadan istifadənin prinsipləri və şərtlərinə dair 2002-ci il yanvarın 25-də imzalanan sazişin müddətinin uzadılması üzrə danışıqlar aparıb. Qəbələ RLS-in icarə müddətinin 2025-ci ilə qədər uzadılması üzrə danışıqlar uğursuz olub. 

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri