Icma.az
close
up
RU
“Qəbələ Zirvəsi TDT nın qlobal aktor olması üçün yeni şərtlər formalaşdırdı” Deputat

“Qəbələ Zirvəsi TDT nın qlobal aktor olması üçün yeni şərtlər formalaşdırdı” Deputat

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə bir sıra mühüm qərarlar qəbul edildi və liderlər çox önəmli təkliflərlə çıxış etdilər”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Zirvə Görüşünün əhəmiyyətini, irəli sürülən təklifləri şərh edərkən deyib. 

Deputat bildirib ki, səsləndirilən təkliflər, alınan qərarlar TDT-nın daha qlobal miqyasda qlobal aktor olması üçün yeni şərtlər formalaşdırdı:

“Bunlardan biri Azərbaycan Prezidentinin təklifi idi. Şübhəsiz ki, bu görüş hər şeydən öncə sülh və təhlükəsizliyə həsr olunmuşdur. Doğurdan da, bu gün dünyada sülh və təhlükəsizlik ən arzuedilən vasitədir. Çox təəssüf ki, dünyanın hər yerində müxtəlif münaqişələr və müharibələr baş verir. Belə olan halda sülhün və təhlükəsizliyin birinci təminatçısı hərbi-siyasi gücdür. Ona görə də Prezident İlham Əliyev Qəbələ Zirvə Görüşündəki çıxışında 2026-cı ildə TDT-na üzv olan ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təklifini irəli sürdü”.

Deputat bildirib ki, digər vasitələr sühün bazasını formalaşdıran vasitələrdir. Bu, iqtisadiyyatın inteqrasiyasıdır, mədəni-humanitar əlaqələrin bərpa olunmasıdır ki, bununla bağlı da mühüm qərarlar verildi, təkliflər səsləndirildi:

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Əlişir Nəvai və Nizami Gəncəvinin yubileylərinin birgə keçirilməsini təlkif etdi. Düşünürəm ki, bu da çox vacibdir. Həm tarixi ortaq mədəni keçmiş baxımından, həm dil, həm də ədəbiyyatda varislik baxımından. Çünki ədəbiyyat milli düşüncəni və milli kimliyi təyin edən əsas vasitələrdən biridir. Əlişir Nəvai isə Nizami Gəncəvinin yazdığı “Xəmsə”yə uyğun olaraq 300 il sonra “Xəmsə” yazmaqla özünü bir də türk ədəbiyyatında təsdiq etmiş oldu. Ona görə də əslində gələcək beynəlxalq münasibətlər sistemində TDT-nın rolu ilə bağlı Azərbaycan Prezidenti dəqiq bir ifadə işlətdi. Dövlət başçısı bildirdi ki, Türk dövlətləri qobal aktora çevrilməkdədir. Doğrudan da, bu həm təhlükəsizliyimiz üçün, həm də bizə aid olan böyük coğrafiyada mühüm bir hadisədir. Diqqət etsək, görəcəyik ki, bu coğrafiya Avrasiyanın ürəyidir, sərhədi Qırğızıstandan başlayıb Ağ dənizədək uzanan, Şimali Kipr Türk Cümhuriyyətinədək çatan bir coğrafiyadan bəhs edirik. Sibir çöllərindən, Qazaxıstandan başlayıb, Avropanın Dunay çayına qədər Macarıstanın yerləşdiyi ərazidən bəhs edirik. Bu coğrafiyanın böyüklüyü və gücü göz qamaşdırır. Bu, elə Avrasiyanın ürəyidir və onun sahibləri bizik. Mənə elə gəlir ki, önümüzdəki tarixi mərhələdə məhz bu gün müdrik və böyük liderlərin qəbul etdikləri qərarlar bu coğrafiyada türk xalqlarının tarixi missiyasını yenidən özünə qaytarmış olacaq”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri