Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Qəbələ Zirvəsi TDT nın mövqeyini daha da gücləndirir

Qəbələ Zirvəsi TDT nın mövqeyini daha da gücləndirir

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təşkilatın gələcək fəaliyyəti üçün tarixi əhəmiyyət daşıyır. Bu görüşdə Türk dünyasının daha da yaxınlaşdığı, həmrəyliyinin gücləndiyi, müasir çağırışlara, reallıqlara adekvat olaraq gündəliyini formalaşdırdığını müşahidə etdik.

TDT bu gün təkcə iqtisadi, humanitar sahələrlə fəaliyyətini məhdudlaşdırmır, hazırda dünya üçün həyati əhəmiyyət daşıyan təhlükəsizlik məsələsini də önə çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündəki nitqində məhz bu məqama toxunaraq, mühüm təklif irəli sürdü.

Prezident bildirdi ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır: “Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.

Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”.

Dövlət başçısının qeyd etdiyi kimi, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. Azərbaycan məhz hərbi gücü sayəsində öz torpaqlarının 30 illik işğalına son qoyub, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan lideri bildirib ki, bu tarixi nailiyyət yalnız ölkəmizin milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması isə Cənubi Qafqazı sülh məkanına çevirəcək.

Zirvə Görüşündə nəqliyyat, kommunikasiya əlaqələrinin əhəmiyyətinə də toxunulub, bunun Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyət daşıdığı vurğulanıb. Dövlət başçısı bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır, Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Qeyd olunub ki, 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb.

Azərbaycan lideri bildirib ki, Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Zirvə görüşünün əhəmiyyətini, irəli sürülən təkliflərin reallaşmasının TDT-nın mövqeyinə necə təsir göstərəcəyini “525”ə şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə bir sıra mühüm qərarlar qəbul edildi və liderlər çox önəmli təkliflərlə çıxış etdilər: “Ona görə də səsləndirilən təkliflər, alınan qərarlar TDT-nın daha qlobal miqyasda qlobal aktor olması üçün yeni şərtlər formalaşdırdı. Bunlardan biri Azərbaycan Prezidentinin təklifi idi. Şübhəsiz ki, bu görüş hər şeydən öncə sülh və təhlükəsizliyə həsr olunmuşdur. Doğrudan da bu gün dünyada sülh və təhlükəsizlik ən arzuedilən vasitədir. Çox təəssüf ki, dünyanın hər yerində müxtəlif münaqişələr və müharibələr baş verir. Belə olan halda sülhün və təhlükəsizliyin birinci təminatçısı hərbi-siyasi gücdür. Ona görə də Prezident İlham Əliyev Qəbələ Zirvə Görüşündəki çıxışında 2026-cı ildə TDT-na üzv olan ölkələrin Azərbaycanda birgə hərbi təlimlərini keçirilməsi təklifini irəli sürdü”.

Deputat bildirib ki, digər vasitələr sühün bazasını formalaşdıran vasitələrdir. Bu iqtisadiyyatın inteqrasiyasıdır, mədəni-humanitar əlaqələrin bərpa olunmasıdır ki, bununla bağlı da mühüm qərarlar verildi, təkliflər səsləndirildi: “Özbəkistan Prezidenti Əlişir Nəvai və Nizami Gəncəvinin yubileylərinin birgə keçirilməsini təklif etdi. Düşünürəm ki, bu da çox vacibdir. Həm tarixi ortaq mədəni keçmiş, həm dil, həm də ədəbiyyatda varislik baxımından. Çünki ədəbiyyat milli düşüncəni və milli kimliyi təyin edən əsas vasitələrdən biridir. Əlişir Nəvai isə Nizami Gəncəvinin yazdığı “Xəmsə”yə uyğun olaraq 300 il sonra “Xəmsə” yazmaqla özünü bir də türk ədəbiyyatında təsdiq etmiş oldu. Ona görə də əslində gələcək beynəlxalq münasibətlər sistemində TDT-nın rolu ilə bağlı Azərbaycan Prezidenti dəqiq bir ifadə işlətdi. Dövlət başçısı bildirdi ki, Türk dövlətləri qobal aktora çevrilməkdədir. Doğrudan da bu həm təhlükəsizliyimiz üçün, həm də bizə aid olan böyük coğrafiyada mühüm bir hadisədir. Diqqət etsək, görəcəyik ki, bu coğrafiya Avrasiyanın ürəyidir, sərhədi Qırğızıstandan başlayıb Ağ dənizədək uzanan, Şimali Kipr Türk Cümhuriyyətinədək çatan bir coğrafiyadan bəhs edirik. Sibir çöllərindən, Qazaxıstandan başlayıb, Avropanın Dunay çayına qədər Macarıstanın yerləşdiyi ərazidən bəhs edirik. Bu coğrafiyanın böyüklüyü və gücü göz qamaşdırır. Bu, elə Avrasiyanın ürəyidir və onun sahibləri bizik. Mənə elə gəlir ki, önümüzdəki tarixi mərhələdə məhz bu gün müdrik və böyük liderlərin qəbul etdikləri qərarlar bu coğrafiyada türk xalqlarının tarixi missiyasını yenidən özünə qaytarmış olacaq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli “525”ə deyib ki, artıq TDT-nın Zirvə görüşlərinin keçirilməsi ənənəvi hal alıb. Hər il müxtəlif Türk dövlətlərində Zirvə görüşlərinin keçirilməsinin şahidi oluruq. Bu görüşlərin keçirilməsi birmənalı olaraq Türk dünyası daxilində inteqrasiya proseslərinə müsbət təsir göstərir.

“Hər dəfə biz müşahidə edirik ki, hər sammit aktual mövzuya həsr olunur. Qəbələdə keçirilən sammitin də mövzusu kifayət qədər aktual məsələyə - regonal sülh və təhlükəsizliyə həsr olunmuşdur. Düşünürəm ki, Qəbələ sammiti regional sülh və təhlükəsizliklə bağlı Türk dövlətlərinin ortaq yanaşmasının formalaşmasına, onlar arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə ciddi töhfə verəcək”, - ekspert deyib.

Əlavə edib ki, sammit müddətində bir sıra dövlət başçıları olduqca maraqlı təkliflərlə çıxış etdilər: “Həmin təkliflərin reallaşması bütövlükdə təşkilatın güclənməsinə xidmət edəcək. O cümlədən də Azərbaycan Prezidenti 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsini təklif etdi. Hesab edirəm ki, bu təklifin reallaşması da TDT-nın daha da güclənməsinə və geosiyasi mərkəzə çevrilməsinə ciddi təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, artıq Türk dövlətləri arasında münasibətlərdə hərbi əlaqələrin qabardılması ondan xəbər verir ki, Türk dünyası daxilində inteqrasiya prosesləri xeyli dərinləşib. Artıq bu inteqrasiya prosesləri yeni bir mərhələyə daxil olub. Bu günə qədər bir sıra türk dövlətləri ikitərəfli, yaxud üçtərəfli müstəvidə hərbi təlimlər keçiriblər, ancaq bütün Türk dövlətlərinin, TDT-na daxil olan ölkələrin birgə hərbi təlimlər keçirməsi türk dünyası daxilində yalnız və yalnız hərbi əlaqələrin dərinləşməsinə xidmət edə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri