Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku 2026” keçiriləcək
Icma.az, Milli.az saytına istinadən bildirir.
29 mart 2026-cı il tarixində Qəbələ şəhərində yerləşən Qəbələ Mədəniyyət Mərkəzində "Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku - 2026" adlı beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək.
Milli.Az xəbər verir ki, layihə Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə həyata keçirilir.
Müsabiqənin əsas məqsədi istedadlı uşaq və gənclərin üzə çıxarılması, incəsənətin inkişafına dəstək verilməsi və müxtəlif bölgələrdən olan kollektivlər arasında yaradıcı əməkdaşlığın genişləndirilməsidir.
Tədbir çərçivəsində iştirakçılar müxtəlif incəsənət istiqamətləri üzrə çıxış edəcəklər. Proqrama xoreoqrafiya, vokal, xalq və klassik musiqi alətlərində ifa, həmçinin digər səhnə janrları daxildir.
İştirakçıların çıxışları peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və kuboklarla təltif olunacaq, ən yüksək nəticə göstərən iştirakçı isə müsabiqənin Grand Prix mükafatına layiq görüləcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:504
Bu xəbər 25 Mart 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















