BIAF 2026: İncəsənət bayramı paytaxta qayıdıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF-2026) təntənəli açılış mərasimi keçirilib. Festivalın açılış konserti “Dmitri Şostakoviçə ithaf” adı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə dirijor Dmitri Sitkovetski, pianoçu Lukas Genyuşas, truba ifaçısı Tine Tin Helset, Qara Qarayev adına Azərbaycan Dövlət Orkestri və BIAF orkestri iştirak ediblər.
Konsert proqramında Azərbaycanın və xarici ölkələrin görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.
Tanınmış skripkaçı Dmitri Sitkovetski jurnalistlərlə söhbətində BIAF-2026-da iştirak etməkdən çox məmnun olduğunu bildirib.
“Əziz bakılı dostlarım üçün əlamətdar gündür. Bu gün II Bakı Beynəlxalq İncəsənət Festivalının açılışı baş tutur. Proqrama dahi Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş konsertlə başlayırıq. Mən Şostakoviçin yaşadığı dövrdə Moskvada böyümüşəm. Onun Bakı ilə çox gözəl əlaqələri olub. Bu il festival çox gözəl keçəcək. Burada möhtəşəm beynəlxalq kollektivlər toplaşıblar”, – deyə o vurğulayıb.
İkinci Bakı Beynəlxalq İncəsənət Festivalı paytaxtda oktyabrın 28-dən noyabrın 8-dək keçirilir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan BIAF-ın proqramına konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri ilə yanaşı, 20-dən çox tədbir daxildir.
Festivalda Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən olan sənətçilər və yaradıcı kollektivlər iştirak edirlər. Proqramın mühüm özəlliklərindən biri xarici ifaçıların azərbaycanlı sənətçilər, ansambllar və təhsil müəssisələri ilə əməkdaşlıq etməsidir. Müasir beynəlxalq və çoxjanrlı mədəniyyət platforması olan BIAF Bakıda müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirməyi qarşısına məqsəd qoyur.
Müəllif – Anara Axundova
Foto – Tofiq Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 Oktyabr 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















