Icma.az
close
up
RU
Qəbələdə yeniyetmələr əməyə qanunsuz cəlb olunubmu? Əmək Müfəttişliyindən cavab

Qəbələdə yeniyetmələr əməyə qanunsuz cəlb olunubmu? Əmək Müfəttişliyindən cavab

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəbələ rayonunda qanunsuz fəaliyyət göstərdiyi bildirilən iaşə obyektləri yığışdırılıb.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Qəbələ Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, iyunun 29-da Qəbələ Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların əməkdaşları tərəfindən şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinin qarşısı alınıb və yığışdırılıb.

Maraqlıdır ki, bu obyektlərin yığışdırılmasında isə həmin kafelərdə çalışanlar cəlb olunub. Yəni, Qəbələ RİH və müvafiq qurumlar öz işçi heyətindən istifadə etmək əvəzinə, yeniyetmələri istismara məruz qoyub.

Bu faktı təsdiqləyən fotoları Qəbələ RİH özü rəsmi “Facebook” hesabında paylaşıb.

Fotolarda görünən yeniyetmələrin bu işə cəlb olunması uşaq əməyinin istismarı hesab olunurmu?

Yaranan sualla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı ərazidə istirahət edən və görülən işlərə könüllü şəkildə köməklik göstərən şəxslər olub: “Qəbələ rayonu ərazisində yeniyetmələrin əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı iddialar araşdırılıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin təqdim etdiyi məlumata əsasən, rayon ərazisində dövlət meşə fondu torpaqlarında icarə müqaviləsi əsasında fəaliyyət göstərən turizm-rekreasiya obyektlərində ərazinin görünüşünə xələl gətirən qurğuların götürülməsi ilə bağlı obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb və onların razılığı ilə aşkar olunan nöqsanlar aradan qaldırılıb.

Eyni zamanda bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yer alan şəxslər həmin işlərin icrasına cəlb olunmuş əməkdaşlar olmayıb. Obyekt sahibinin izahatına görə onlar hadisə zamanı ərazidə istirahət edən və görülən işlərə könüllü şəkildə köməklik göstərən şəxslər olublar”.

Qurum həmçinin bildirib: “Aparılmış araşdırma zamanı toplanmış materiallar və təqdim edilmiş izahatlar əsasında yeniyetmələrin əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı iddialar öz təsdiqini tapmayıb”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Avqust 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri