Əmək Müfəttişliyindən 3 aylıq sükut: Jurnalist detalları açıqladı
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Jurnalist İlkin Muradov Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş şikayətlərinə baxılması ilə bağlı fəaliyyətini tənqid edib.
Gununesi.info xəbər verir ki, jurnalistin sözlərinə görə, işçilərin əmək hüquqlarının pozulması ilə bağlı çoxsaylı şikayətləri ictimailəşdirdikdən sonra Xidmətdən onunla əlaqə saxlanılıb və bütün müraciətlərin araşdırılacağı bildirilib.
Muradov qeyd edib ki, bir müddət Xidmətin mətbuat xidmətinin rəhbəri ilə demək olar ki, hər gün əlaqə saxlayıb. Lakin sonradan mesajlarına cavab verilməyib və üç ay ərzində araşdırmaların nəticəsi ilə bağlı ona heç bir məlumat təqdim olunmayıb.
Jurnalist Dövlət Əmək Müfəttişliyi Xidmətinin iş prinsipi ilə bağlı daha bir məqama diqqət çəkib.
Bildirib ki, qurum ona rəsmi məktublar göndərərək şikayətçi işçilərin çalışdığı müəssisələrin hüquqi ünvanını və digər rəsmi məlumatlarını təqdim etməsini istəyib.
O, bu məlumatların əldə edilməsinin kifayət qədər asan olduğunu vurğulayaraq, belə məlumatların jurnalistdən tələb edilməsini Xidmətin fəaliyyətinin göstəricisi kimi qiymətləndirib.
İlkin Muradov əlavə edib ki, ünsiyyətdə olduğu çoxsaylı şikayətçi işçilər arasında müraciətinə 10-15 gün ərzində cavab alanlar da var, ümumiyyətlə cavabsız qalanlar da.
Jurnalistin qənaətinə görə, bu fərqli yanaşma Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş şikayətlərinin araşdırılmasında ardıcıl və vahid mexanizmə əməl etmədiyi, müraciətlərə şikayət edilən müəssisədən asılı olaraq fərqli münasibət göstərildiyi barədə suallar yaradır.
Elmar
Gununesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 25 Noyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















