Icma.az
close
up
RU
Qəbələdəki silahlı hücumda iki nəfər ölmüşdü Heç kimə cəza təyin edilmədi

Qəbələdəki silahlı hücumda iki nəfər ölmüşdü Heç kimə cəza təyin edilmədi

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ötən ilin oktyabrın 17-də Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin xəsarət alması ilə bağlı məhkəmə prosesi başa çatıb.

Ölkə.az-ın Teleqraf-a istinadən məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Əlibaba Gəncimov hadisə zamanı öldüyü üçün ona cəza təyin edilməyib.

Məlum olub ki, Əlibaba Gəncimov evinə silahlı hücum etdiyi Akif Məmmədəliyevlə uzun müddət dost olub. Sonralar onların münasibəti pul üstündə pozulub.

Belə ki, Akif Məmmədəliyevin başqa bir şəxsə 58 min manat borcu olub və Əlibaba Gəncimov həmin məbləğin qarşı tərəfə vaxtında ödənilməsinə dair öhdəlik götürüb. Buna baxmayaraq, Akif borcu ödəməyib, Əlibaba da nüfuzuna xələl gəldiyi üçün ondan qisas almaq qərarına gəlib.

Nəticədə Akif Məmmədəliyevin evinə silahlı basqın edən Əlibaba onun anası Gülsadəni öldürüb, oğlu Nurlanı isə yaralayıb. Nurlan isə ailəsini müdafiə etmək məqsədilə evindəki silah Əlibabaya atəş aşaraq onu qətlə yetirib.

Qeyd edək ki, silahlı hücum zamanı Nurlanın anası ilə balaca qardaşı da evdə olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri