Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Bankların keşbek faizləri Yanvar 2026

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Qəbələnin dağ çaylarında sel təhlükəsinə qarşı tədbirlər gücləndirilir

Qəbələnin dağ çaylarında sel təhlükəsinə qarşı tədbirlər gücləndirilir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəbələ, 20 noyabr, Rasim İslamoğlu, AZƏRTAC

Ölkəmizin iri turizm və aqrar rayonlarından olan Qəbələdən müxtəlif istiqamətlərdə axan beş iri dağ çayı təhlükəli sel suları ilə seçilir. Onlardan ən təhlükəlisi isə zaman-zaman həm yaşayış məntəqələrinə, həm də təsərrüfatlara ciddi ziyan vuran Qaraçaydır. Çayın sahili boyunca bir neçə kənd yerləşir ki, həmin yaşayış məntəqələrindən biri də Tikanlıdır.

Ötən yaz-yay mövsümündə və payızın ilk günlərində yağan güclü leysanlar Tikanlı kəndi üçün sel riskini daha da artırıb. Sakinlər bildirirlər ki, çayda aparılan məcratənzimləmə işləri nəticə vermir, vəziyyətin stabilləşməsi üçün mütləq beton bəndlərin tikintisinə ehtiyac var.

Kənd sakinlərinin müşayiəti ilə Qaraçayın mənbəyinə doğru irəlilədik. Sel sularının məhz bu yüksəkliklərdən kəndə düşməsi ehtimalı böyükdür və təsərrüfatların təhlükə altında qalmasına səbəb ola bilər. Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl çay sahilində inşa olunan beton bənd sonuncu sel axınlarından sonra demək olar ki, görünməz hala düşüb. Meliorasiya işçiləri ərazini təmizləsələr də, təhlükə tam aradan qalxmayıb.

Güclü yağışlardan sonra çaylara o qədər qum, çınqıl, lil və daş kütləsi gəlir ki, bəzən çayın səviyyəsi kənddən bir neçə metr yüksəklikdə dayanır. Bu isə təkcə Tikanlıya deyil, Uludaş, Abrıx, Mıxlıqovaq və digər yaxın yaşayış məntəqələrinə də ciddi təhlükə yaradır. Sakinlər müvafiq qurumlardan məsələyə biganə qalmamağı və gələn il çayın təhlükəli hissələrində yeni beton bəndlərin inşasına dəstək göstərilməsini xahiş edirlər.

Qəbələ Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Yüksəl Nurməmmədov bildirib ki, digər dağ çaylarında olduğu kimi, Qaraçayda da plana uyğun olaraq məcratənzimləmə işləri mütəmadi aparılır: “Lakin güclü yağışlar qum-çınqıl və lil qatının artmasına səbəb olur ki, bu da yaşayış məntəqələrinin selbasma təhlükəsini artırır. Bu il Qaraçayın ərazisində üç böyük texnika vasitəsi ilə məcratənzimləmə işləri aparmışıq. Hazırda Tikanlı-Qaraçayın Dovşan deyilən ərazisində tərəfimizdən məcratənzimlənmə işləri davam etdirilir”. Baş mühəndis əlavə edir ki, sakinləri narahat edən təhlükə ilə əlaqədar baş idarə qarşısında məsələ qaldırılıb. Belə ki, Qaraçayın təhlükəli yerlərinə baxış keçirilib və sel təhlükəsinin qarşısının alınması məqsədilə 400 paqonmetr məsafədə daş beton bəndlərin vurulması ilə bağlı məsələ qaldırılıb. Rayon ərazisindən axan digər çaylarda da işlər davam etdirilir. Ümumilikdə ilin əvvələnidən indiyə kimi 322 min kubmetr məcratənzimləmə işlər görülüb, 63 kubmetr qabion bəndlər inşa olunub. Bununla yanaşı, Dəmiraparan çayda 260 kubmetr cari təmir hesabına daş beton bəndin tikintisi başa çatdırılıb. Hazırda Həmzəlli çayı ərazisində 100 paqonmetr məsafədə əsaslı təmir hesabına daş beton bəndin tikintisi davam etdirilir. İdarə əməkdaşları Bum və Vəndam çaylarında da il ərzində sel-sulara qarşı məcratənzimləmə işləri həyata keçirib, torpaq bəndlərlə sahillər bərkidilib, 261 min kubmetr suvarma kanalları lildən və kol-kosdan təmizlənərək əhalinin suvarma suyuna olan tələbatı ödənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see407

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see189

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see160

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see149

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see149

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see148

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see147

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see143

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see142

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see138

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri