Icma.az
close
up
RU
Qəbələnin lavanda tarlası turizm məkanına çevrilir

Qəbələnin lavanda tarlası turizm məkanına çevrilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Qəbələ, 11 iyun, AZƏRTAC

Turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın ən əlverişli sahəsi sayılır. Artıq bir neçə ildir ki, rayonda tarixi-memarlıq abidələri ilə yanaşı, Çuxuryurd ərazisində salınan lavanda sahəsinə də turlar təşkil edilir, bu əsrarəngiz gözəllik yerli və xarici turistlərə nümayiş olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində bir neçə il əvvəl salınan lavanda tarlası ilin bu fəslində göz oxşayır. Əraziyə daxil olan andan sanki başqa bir aləmə düşürsən, lavandanın ətri isə insanı özünə cəlb edir.

Tarlanın meneceri Elbrus Əhmədov bildirir ki, lavanda bitkisi 30 hektara yaxın sahədə əkilib: “Lavanda tarlasına turistlər böyük maraq göstərirlər. Yerli və xarici turistlər çox gəlir. Şənbə-bazar günləri 3 mindən çox ziyarətçi olur. Həftəiçi günlərdə isə 1000-1500 turist gəlir, bu gözəlliyi seyr edir”.

Burada günün istənilən saatında turistlərlə qarşılaşmaq mümkündür. İstirahətə gələnlər üçün müxtəlif xidmətlər də nəzərdə tutulub. Məsələn, yelləncəklər, foto çəkiliş, atla gəzinti və sair.

Lavanda tarlasının kənarında əsrarəngiz gözəlliyi tablolarda əks etdirən gənc rəssamlarla da qarşılaşırıq. Sənətşünas Elçin Hüseynli deyir ki, beş gənc rəssam və bir fotoqrafla lavanda tarlasına səfər etməkdə məqsədləri bu gözəlliyi tablolara köçürməkdir.

Qeyd edək ki, lavanda çöl bitkisi olduğu üçün suya tələbatı da azdır. Bir dəfə əkiləndə, 20 il bəhrələnmək mümkündür. Tərkibində efir yağı çox olduğuna görə, dünyada ticarəti hər il artır. Yağı parfümeriya və dərman preparatları istehsalında geniş istifadə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:462
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri