Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Şamaxı regionun cəlbedici turizm məkanına çevrilir

Şamaxı regionun cəlbedici turizm məkanına çevrilir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısı ölkəmizin uzunmüddətli iqtisadi müstəqilliyini, tarazlı regional inkişafı və əhalinin sosial rifahını təmin edən strateji dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 2004-cü ildən başlayaraq qəbul edilən və ardıcıl icra olunan regional dövlət proqramları bölgələrin simasını köklü şəkildə dəyişib. 

Son illər ölkədə davam edən inkişaf və tərəqqinin önündə gedən Şamaxı rayonu da bu baxımdan diqqət çəkir. 2026-cı ilin ilk yarısında rayonun sosial-iqtisadi inkişafı dinamik artım templərini qoruyub, infrastrukturun yenilənməsi, turizm potensialının genişləndirilməsi və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı (xüsusilə taxılçılıq, heyvandarlıq və üzümçülük) təşkil edir. Bununla yanaşı, son illər rayonda kənd təsərrüfatı məhsullarının emalı sənayesi də sürətlə inkişaf edir.

2026-cı ilin ilk yarısında rayonun sosial-iqtisadi inkişafı dinamik artım templərini qoruyub, infrastrukturun yenilənməsi, turizm potensialının genişləndirilməsi və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu ilin 6 ayının yekunlarına əsasən, rayonda 431,6 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Əsas kapitala  151,6 milyon manatlıq investisiya yönəldilib. Bu investisiyaların böyük bir hissəsi birbaşa turizm və infrastruktur sektorlarının payına düşüb. Məhz bunun nəticəsidir ki, Şamaxı Dağlıq Şirvan iqtisadi rayonunun ən mühüm mərkəzlərindən biri kimi öz mövqeyini getdikcə gücləndirir.

 Şamaxının sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən biri də sosial infrastrukturun günün tələbləri səviyyəsində yenidən qurulması təşkil edir. Təsadüfi deyil ki, son dövrlərdə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su təminatının və daxili yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, həmçinin təhsil və səhiyyə müəssisələrinin müasirləşdirilməsi istiqamətində dövlət proqramları çərçivəsində layihələr icra olunmaqdadır.

2026-cı ilin Dövlət İnvestisiya Proqramına əsasən, rayonun Çıraqlı, Mədrəsə-Kərkənc, Mirikənd-Qaravəlli-Məlcək Qurdtəpə, Şirvan, Günəşli və Şərədil kəndlərini Bakı-Şamaxı-Yevlax magistral yolu ilə birləşdirən 29 kilometrlik avtomobil yollarının əsaslı təmiri və yenidən qurulması layihələndirilib və mərhələli icrasına başlanılıb. 

Rayonda sahibkarlığın dəstəklənməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir.  Cari ilin ilk yarısında yerli kənd inzibati ərazi dairələrində sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və yeni iş yerlərinin açılması vasitəsilə məşğulluq səviyyəsinin artırılması diqqət mərkəzində saxlanılıb. Ümumilikdə, 2026-cı ilin birinci yarısını Şamaxı rayonu üçün həm regional turizm mərkəzinə çevrilmə, həm də kəndlərarası nəqliyyat-infrastruktur problemlərinin köklü şəkildə həlli istiqamətində uğurlu bir dövr kimi xarakterizə etmək olar. 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıya səfəri çərçivəsində rayonun Meysəri kəndində yeni inşa olunmuş “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər. Dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən çoxfunksiyalı turizm və istirahət məkanı olan kompleksdə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançası yaradılıb.

“Meysari Grand Hotel & SPA” kompleksinin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq mövcuddur. Bundan əlavə, kompleksin ərazisində 3 villa da yerləşir. Burada fəaliyyət göstərən sağlamlıq mərkəzində qonaqların istirahəti, sağlamlıqlarının bərpası üçün geniş imkanlar yaradılıb.

Kompleksdə 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası, padel kortu və uşaq əyləncə mərkəzi qurulub. Helikopter meydançası isə zəruri hallarda qonaqların hava nəqliyyatından istifadə etmələri üçün nəzərdə tutulub. Kompleksdə restoranlar da fəaliyyət göstərəcək. Rayonda məşğulluğun təminatına mühüm töhfə verəcək bu füsunkar istirahət məkanında, ümumilikdə, 320 yeni iş yeri açılıb.

Səfər çərçivəsində Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Pirqulu Park” hotelinin açılışında da iştirak ediblər. Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşən kompleksin ərazisi 16 hektardan və 2 hotel binasından ibarətdir. 188 və 172 yerlik binalarda müxtəlif kateqoriyadan 175 nömrə və 2 kottec var. Bu isə eyni vaxtda hoteldə 366 qonağın qalmasına imkan verir. Kompleksdə restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal mövcuddur. Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi, amfiteatr yaradılıb.

Dövlət başçısı və Birinci-vitse prezidentin səfər çərçivəsində tanış olduqları “Nəsimi Bağları” kompleksi də sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış növbəti bir məkan kimi diqqət çəkir. Rayonda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulan kompleksin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir. 

Binanın daxilində ziyarətçilərin rahat və səmərəli vaxt keçirmələri üçün “Capybara Cafe” və suvenir mağazası var. Ərazidəki üçmərtəbəli əsas binaisə kompleksin informasiya və turizm mərkəzi funksiyasını yerinə yetirir. Dördmərtəbəli digər korpusda Şamaxının qədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb. Bu binada, həmçinin əsas restoran zalı, tədbirlərin keçirilməsi üçün zal və geniş terras var. Kompleks ərazisindəki “Magic Village” hobbit evləri üslubunda inşa edilən tematik evlər, əsasən uşaqların maraqla qarşılayacağı “Honey Nest” kafesi, geniş uşaq oyun meydançası və hündürlüyü 9 metr olan baxış qülləsindən ibarətdir. Buradakı evlər tam yaşayış şəraiti ilə təmin edilib və turistlərin ilboyu qalması üçün nəzərdə tutulub.

Heç şübhəsiz, Şamaxıda yeni hotellərin açılması turizm infrastrukturunun inkişafına töhfə olaraq yerli və xarici qonaqların rahat istirahəti, rayonun turizm potensialından daha səmərəli istifadəsi və yerli iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradacaq. Ümumilikdə isə, son zamanlar Şamaxıda həyata keçirilən abadlıq-quruculuq işləri, yeni infrastruktur obyektləri rayonun simasına əlavə yaraşıq gətirməkə bu qədim diyarı ölkəmizin abad, yaraşıqlı məkanlarından birinə çevirir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıdakı Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olmaları isə, heç şübhəsiz, ölkəmizdə dini-mənəvi dəyərlərə göstərilən dövlət qayığsının növbəti təzahürüdür. Qeyd edək ki, rayonun Avaxıl kəndində yerləşən tarixi Pir Ömər Sultan ziyarətgahının çay və qaya daşlarından tikilmiş qalıqları  Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya edilib. 

Ziyarətgahın içərisində Pir Ömər Avaxılıya, kənarlarında isə başqa şəxslərə aid 8 qəbir aşkar edilərək səliqəyə salınıb. Ziyarətgahın və onun ətrafının konservasiya işlərindən sonra qorunması üçün eyni daş materialından divar hörülüb. Divarın üzərində 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan hazırlanmış çardaq qurulub. Ziyarətgah və onun ətrafında konservasiya olunan sahədə buraya gələnlər üçün gəzinti zolağı yaradılıb. 

Prezident İlham Əliyevin Şamaxıya səfəri çərçivəsində açılışı həyata keçirilən layihələr göstərir ki, regionların inkişafı artıq yeni iqtisadi modelə keçir. Aqrar sektorun modernləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və turizmin genişləndirilməsi paralel şəkildə həyata keçirilərək bölgələrin uzunmüddətli dayanıqlı inkişafını təmin edir. Bu yanaşma Şamaxını yaxın perspektivdə ölkənin ən dinamik və rəqabətqabiliyyətli iqtisadi mərkəzlərindən birinə çevirəcək.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri