Icma.az
close
up
RU
“Qəbələ”nin layiq olduğu yerə qayıdacağına inanıram”

“Qəbələ”nin layiq olduğu yerə qayıdacağına inanıram”

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Qəbələ" hücumçu İsmaeel Akinade ilə 1,5 illik müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, son olaraq Özbəkistanın "Andijon" komandasında çıxış etmiş nigeriyalı forvard klubun rəsmi saytına açıqlama verib:

 "Hələ şəhərə baxmaq fürsətim olmayıb. Ancaq klubun özü kifayət qədər peşəkar görünür. Baza da çox yaxşıdır. Komandada ilk rəsmi oyunumu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik. Komandaya kömək etmək istəyirəm".

 Akinade "Qəbələ"yə gəlməmişdən Azərbaycan futbolu haqqında çox da geniş məlumata malik olmayıb: "Qəbələ"dən təklif gələndə həyəcanlandım, çünki əvvəl bu ölkədə oynamamışam. Hər zaman yeni sınaqları, özümü yoxlamağı sevirəm. Bunu səbirsizliklə gözləyirəm. Komandaya qoşulacağım üçün həyəcanlı idim. Bilirəm ki, "Qəbələ" böyük klubdur. Son illər ən yaxşı günlərini yaşamasa da, əvvəlki layiq olduğu yerə qayıdacağına inanıram.

Azərbaycan futbolu haqqında çox az məlumatım var idi. Bəzi dostlarım var ki, bu komandanı və liqanı tanıyırlar. Dostlarımdan biri mənə "Qəbələ"nin böyük klub olduğunu dedi. Bu klubun uğurları üçün çalışmaq yaxşı fürsətdir".

 Nigeriyalı forvard komandanın uğurları üçün əlindən gələni edəcəyinə söz verib: "Əsas məsələ mümkün qədər çox qələbə qazanmaqdır. Bu, komanda oyunudur, fərdi oyun deyil. Həmişə öz şəxsi hədəflərim də olur, ancaq əsas prioritet komandanın nəticələridir. Əlbəttə ki, hücumçu olaraq mümkün qədər çox qol vurmaq istəyirsən. Lakin bəzən bu olmaya bilər, məhsuldar ötürmə və müdafiəyə kömək etmək də vacibdir. Bunlarla da komandaya köməyin dəyir. Azarkeşlərə söz verərkən diqqətli olmaq lazımdır. Futboldur, burda hər şey baş verə bilər. Buna görə söz verə biləcəyim yeganə şey odur ki, hər oyun əlimdən gələnin 100 faizini ortaya qoyacam. Qalan hər şey Tanrının əlindədir. Ümid edirəm ki, layiq olduğumuz nəticələri əldə edəcəyik. Məşq meydançasında hamı əlindən gələni edir. Futbolçular, məşqçilər, eləcə də inzibati heyət - hər kəs klub üçün çalışır. Ümid edirəm ki azarkeşlər hər oyuna gələrək, bizə dəstək olacaqlar. Onların dəstəyi komandaya əlavə güc verir. İnanıram ki, onları yaxşı oyun və nəticələrlə mükafatlandıracağıq".

Akinade Qəbələnin havasına uyğunlaşdığını bildirib: "Mən İrlandiyada, Dublində böyümüşəm. Qəbələ və İrlandiyada hava demək olar ki, eynidir. Bu havaya öyrəşmişəm. Yağış, soyuq – bəlkə də darıxdırıcı görünür, ancaq bu cür hava da normaldır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Yanvar 2026 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri