Icma.az
close
up
RU
Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı Müsahibə

Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı Müsahibə

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Qəbələ”nin sabiq futbolçusu, uzun illər bu klubda oynamış Milan Antiç apasport.az saytına müsahibə verib.

- "Qəbələ" yenidən Premyer Liqaya vəsiqə qazanmağı bacardı. Yəqin ki, sənin üçün də sevindirici nəticə oldu?
- Hər şeydən əvvəl "Qəbələ"ni Premyer Liqaya geri qayıtması münasibətilə səmimi qəlbdən təbrik edirəm. "Qəbələ" olmalı olduğu yerə qayıtdı. Bu klub hər bir şəraiti ilə yüksək liqaya layiqdir. Birinci Liqada da çox yaxşı işlər gördülər. Şadam ki, onlar bunu etməyi bacardılar. 

- Bölgə klubu Kaxaber Sxadadzenin rəhbərliyi altında geridönüşü reallaşdırdı...
- Uzun müddətdir Azərbaycanda çalışan və əldə etdiyi nəticələrlə yaxşı məşqçi olduğunu bir daha sübut edən Kaxaber Sxadadzedən daha çox təcrübəyə malik məşqçi tapmaq çətindir. Məncə, bu dönəmdə o, futbolçuları da nəzərdən keçirdi və yeni sezondan ona hansı futbolçuların kömək edə biləcəyini qərarlaşdırdı. Orta yaş həddi 24-dür. Bu da yaxşıdır. Təbii ki, komandanı yaxşı transferlərlə də gücləndirmək lazımdır. Bu, mütləqdir. Əminəm ki, lazım olan addımları atacaqlar.
- Böyük ehtimalla, "Qəbələ"nin futbolçuları yeni mövsümdən artıq Bakıda yox, Qəbələdə yaşayacaq. Bu haqda fikrin necədir?

- Qəbələdə əla məşq mərkəzi var. Mən orada oynayanda biz elə Qəbələdə yaşayırdıq. Bunu qəbul etmək bizim üçün böyük problem deyildi. Düşünürəm ki, azarkeşlərin də orada öz komandalarına, oyunçularına dəstək olmaları faydalı və yaxşı olacaq. Bu, sadəcə təbii prosesdir və yaxşıdır.

- Növbəti mövsümdə Birinci Liqaya düşməmək üçün hansı addımları atmaq lazımdır?

- “Qəbələ” üçün qarşısındakı əsas vəzifə növbəti mövsümdə Premyer Liqada aşağı düşməmək üçün sabitliyi təmin etməkdir. Hər halda, mən bunun yenidən baş verəcəyini də düşünmürəm. Klubdakı insanlar çox təcrübəlidirlər və düşünürəm ki, onlar yenidənqurma ediblər, yeni plan hazırlayıblar. İnanıram ki, onlar yeni sezonda Premyer Liqada layiqli mübarizə aparacaqlar.

- "Qəbələ" vaxtilə ardıcıl iki mövsüm Avropa Liqasında qrup mərhələsinə qədər irəliləyə bilmişdi. Həmin gücü geri qaytarmaq üçün nə etmək lazımdır? 
- Klubun addım-addım bunu edəcəyinə inanıram. Hər halda, komanda bir neçə ildən sonra yenidən avrokuboka namizəd olmaq üçün addım-addım inkişaf etməlidir. Əvvəl sabitlik, sonra davamlılıq lazımdır. Yalnız bundan sonra Avropaya vəsiqə qazanmaq üçün mübarizə aparmaq olar. İnanıram ki, "Qəbələ" bütün lazım olan addımları atacaq. Çünki klubdakılar təcrübəli insanlardır. Serbiyadan səmimi salamlarımı çatdırıram və bir daha Premyer Liqaya çıxması münasibətilə "Qəbələ"ni təbrik edirəm.

Vaqif Cavadov: “Növbəti matçlarda belə oyun görmək istəyirəm” “Zirə” “Qarabağ”ın çempionluğunu təxirə saldı - YENİLƏNİB Ayxan Abbasov: “Onu əvəzləməyə gecikdik” Azər Bağırov: “Bu gün bizim günümüz deyildi” “Şamaxı” evdə 3 xala sevindi - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri