Icma.az
close
up
RU
“Qəbələ”nin yeni transferi söz verdi: “Özüm də o yolu keçmişəm” MÜSAHİBƏ

“Qəbələ”nin yeni transferi söz verdi: “Özüm də o yolu keçmişəm” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qəbələ”nin yeni legioneri İsaak Amoahın Sportinfo.az-a müsahibəsi

- “Zirə” ilə oyuna sürətli başladınız, hesabı açdınız, bir neçə qol epizodu yaratdınız. Məğlubiyyətin səbəbini nədə görürsən?

- İlk hissənin ilk yarısını pis keçirmədik. Lakin son 15 dəqiqədə bəzi səhvlərə yol verdik deyə, rəqib bundan ustalıqla yararlandı. Əlimizdən gələni etdik, mübarizə apardıq. Dediyim kimi, kiçik səhvlərə görə uduzduq. Səhvlərimiz üzərində işləməliyik.

- “Zirə”ylə “Qəbələ”nin arasında bütün mənalarda böyük fərq var. Minimal hesablı məğlubiyyıəti heç-heçəyə bərabər tutmaq olar?

- “Zirə”nin heyətində həqiqətən təcrübəli futbolçular var. Belə olduğu halda onlardan geri qalmamağa çalışırdıq. Hətta bəzi anlarda üstün görünürdük. Qol epizodlarında bəxtimiz gətirsəydi, məcazi yox, həqiqi mənada heç-heçədən danışa bilərdik. Bir neçə həftə birlikdə oynayandan sonra daha yaxşı “Qəbələ” görəcəyinizə söz verirəm.

- Heyətinizdəki gənc futbolçuların sayı kifayət qədərdir. Onların səhvə yol verməsi digər futbolçuların qəzəblənməsinə səbəb olur?

- 18-20 yaşlı futbolçuların xətalar etməsi normaldır. Özüm də o yolu keçmişəm. İnsan öz səhvləri üzərində öyrənir. Xüsusən bu cür təcrübəli komandalara qarşı həyəcanın olması səhvlərə yol açır. Bir də ki, səhvi təkcə gənclər etmir, ən təcrübəli futbolçuların da başına gəlir.

- Komandanın yeni futbolçularla güclənməsi sual altındadır. Bu heyətlə Premyer Liqadakı yeri qorumaq mümkün görünür?

- Heyətin necəliyindən asılı olmayaraq qarşımızda dayanan bir nömrəli hədəf budur. Məqsədimizə çatmaq üçün meydanda canımızı qoymalıyıq. Mövsüm yeni başlayıb, qarşıdakı aylarda çox şeylər baş verəcək. Futbolçu yoldaşlarımın bacarığına və xarakterinə bələdəm. Hədəfin öhdəsindən gələcəyimizə inanıram.

- Azərbaycan elitasında oynamaq çətindir?

- Premyer Liqa yüksək kateqoriya deməkdir. Bu adın özündə böyük məna var. Çempionatda güclü komandalar və keyfiyyətli futbolçular cəmlənib. Çətin olmağına çətindir. Lakin mən işin çətinliyi barədə yox, bunun öhdəsindən gəlmək barədə düşünürəm. Elə etməliyəm ki, “Qəbələ”yə fayda verim.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri