Icma.az
close
up
RU
Qəbələyə doqquz ayda ən çox hindistanlı turistlər gəlib

Qəbələyə doqquz ayda ən çox hindistanlı turistlər gəlib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəbələ, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 71 min 884 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 34 min 593 nəfəri və ya 48,1 faizi Azərbaycan, 37 min 291 nəfəri və ya 51,9 faizi xarici ölkə vətəndaşıdır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-sentyabr aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 min 159 nəfər və ya 13,7 faiz artım, əcnəbi turistlərin sayında isə 13 min 503 nəfər və ya 26,6 faiz azalma qeydə alınıb.

Cari ilin yanvar-sentyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, doqquz ayda bu ölkənin 12 min 797 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-sentyabr aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 8414, Birləşmiş Ərəb Əmirliklərindən 4437, Pakistandan 2452, İsraildən 1486, Küveytdən 1473, Qətərdən 993, Rusiya Federasiyasından 710, Omandan 307, Türkiyədən 296, Özbəkistandan 263, ABŞ-dan 253, Böyük Britaniyadan 202, Qazaxıstandan 178, Bəhreyndən 122, Ukraynadan115 turist səfər edib. Gələnlərin 2793 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Doqquz ayda Qəbələ rayonu ərazisində yerləşən 21 mehmanxana və mehmanxana tipli müəssisədən 18-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 124,8 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Sentyabrda turizm obyektlərində 1009 işçi çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri