Icma.az
close
up
RU
İki ayda Qəbələyə 13 min 209 turist gəlib

İki ayda Qəbələyə 13 min 209 turist gəlib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəbələ, 13 mart, AZƏRTAC

Bu ilin yanvar-fevral aylarında Qəbələyə 13209 turist gəlib. Əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib - 1369 nəfər. Bununla yanaşı Səudiyyə Ərəbistanından 1130 nəfər, Birləşmiş Ərəb Əmirliklərindən 373 nəfər, Küveytdən 232 nəfər, Pakistandan 219 nəfər, Bolqarıstandan 192 nəfər, İsraildən 113 nəfər, Rusiyadan 109 nəfər, Omandan 104 nəfər, Qətərdən 83 nəfər, Türkiyədən 75 nəfər, ABŞ-dan 35 nəfər, Ukraynadan 30 nəfər, digər ölkələrdən isə 1009 nəfər turist gəlib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbiribə Rayon Statistika İdarəsindən bildirilib.

Qəbələ rayonu ərazisində yanvar-fevral aylarında 22 mehmanxana və mehmanxana tipli obyektdən 14-ü fəaliyyət göstərib. Bu dövrdə hotel və mehmanxanalarda 4592 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 123,8 manat təşkil edib və turistlərin qalma müddəti 1-2 gün olub. Bu müddətdə hotel və mehmanxana tipli obyektlərə 13 min 209 nəfər yerləşdirilib ki, onların 8136 nəfəri və ya 61,6 faizi Azərbaycan, 5073 nəfəri və ya 38,4 faizi xarici ölkə vətəndaşları olub.

Hotel və mehmanxana tipli obyektlərə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı əvvəlki ilin müvafiq dövrü illə müqayisədə 959 nəfər və ya 7,8 faiz artıb.

Bu dövrdə yerli turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 1559 nəfər və ya 23,7 faiz artıb, əcnəbi turistlərin sayı isə 600 nəfər və ya 5,6 faiz azalıb.

Müxbir - Rasim İslamoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Mart 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri