Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə 4 il 3 ay həbs!
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 21 yaşlı M.Həsənov Cinayət Məcəlləsinin 152.1 və 182.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib. Onun barəsindəki işə Abşeron Rayon Məhkəməsində baxılıb.
Bildirilib ki, M.Həsənov orta məktəb şagirdi olan 14 yaşlı Gülbəniz (şərti adlı) ilə sosial şəbəkədə tanış olub və onu sevdiyini bildirib. Daha sonra onlar Abşeron rayonu Digah qəsəbəsi yaxınlığındakı qəbiristanlıqda görüşüblər. Burada M.Həsənov Gülbənizə qarşı müxtəlif əxlaqsız hərəkətlər edib.
Bundan bir müddət sonra isə M. Həsənov 9-cu sinif şagirdi olan yeniyetmə qızı şantaj etməyə başlayıb. O, görüş vaxtı Gülbənizlə birgə videosunu çəkdiyini və 100 manat verməyəcəyi təqdirdə həmin görüntüləri yayacağını deyib.
Çıxılmaz vəziyyətdə qalan qız məsələ barəsində polisə məlumat verib və M.Həsənovla görüş təyin edib. 2024-cü ilin dekabrında baş tutan həmin görüş zamanı M.Həsənov saxlanılıb.
Abşeron Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə M.Həsənova 4 il 3 ay həbs cəzası verilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 İyun 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















