Icma.az
close
up
RU
Qəbiristanlıqlar şəhərdən kənara köçürülsün! DEPUTAT

Qəbiristanlıqlar şəhərdən kənara köçürülsün! DEPUTAT

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar paytaxtda və bir sıra böyük şəhərlərdə qəbiristanlıqlarda qiymətlərin artdığı və yer tapmağın çətinləşdiyi müşahidə olunur. Qəbir yerlərinin azlığı, tələbatın çoxalması və bu sahədəki alqı-satqı halları vəziyyəti daha da gərginləşdirib. Bəzi insanlar sağlığında qəbiristanlıqlarda yer zəbt etdiklərindən bu da müəyyən mənada əlavə problemlərə səbəb olur.

Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin Regional məsələlər komitəsində keçirilən iclasda da qəbiristanlıq mövzusu müzakirə edilib.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, əslində, qəbiristanlıqlarda yer çatışmazlığının bu qədər böyük problemə çevrilməsinin əsas səbəbi tənzimlənmə məsələsində dəqiqliyin olmamasıdır.

“İlk növbədə qeyd edim ki, qəbiristanlıqların idarə edilməsi bələdiyyələrin səlahiyyətinə verilib. Lakin bələdiyyələrin maliyyə və texniki imkanları məhdud olduğundan, onlar bu məsuliyyəti tam şəkildə daşımaqda maraqlı görünmürlər.

Bu sahəyə nəzarət və tənzimləmə prosesi həm müvafiq icra orqanları, həm də yerli icra hakimiyyətləri üçün çətinləşib. Mənim fikrimcə, qəbiristanlıqları şəhər ərazisindən kənara çıxarmaq vacibdir. Onlar şəhərə tam yaxın məsafədə olmasa da, insanların rahat şəkildə gedib-gələ biləcəyi ərazilərdə yerləşdirilməlidir”.

Deputat həmçinin qeyd edib ki, şəhər qəbiristanlıqlarında yer qalmadığı üçün insanlar ciddi çətinliklərlə üzləşir, hətta, ziyarət zamanı da avtomobillərini uzaqda saxlayıb, piyada getməyə məcbur qalırlar:

“Buna görə də, konkret qərarlar qəbul edilməli, şəhərdənkənar, istifadəyə yararsız və aqrotexniki baxımdan dəyər daşımayan torpaq sahələri qəbiristanlıq kimi ayrılmalıdır.

Belə ərazilər kifayət qədər çoxdur və onların bu məqsədlə istifadəyə verilməsi həm şəhərin planlaşdırılması baxımından, həm də vətəndaşların rahatlığı üçün daha doğru addım olar”.

Komitə sədri vurğulayıb ki, bu istiqamətdə real addımlar atılmadığı müddətcə qəbir yerlərinin satılması, rezerv edilmə hallarının qarşısını almaq çətin olacaq:

“İnsanları bu məsələdə qınamaq da düzgün deyil, çünki vəfatdan sonra dəfn məsələsi hər bir ailənin düşünməyə məcbur qaldığı bir problemdir. Məsələyə də məhz bu kontekstdən yanaşmaq lazımdır”,- deyə F.Mustafa əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Noyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri