Icma.az
close
up
RU
Qəbiristanlıqlar bələdiyyələrə verilsin, amma....

Qəbiristanlıqlar bələdiyyələrə verilsin, amma....

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uzun müddətdir ki, Milli Məclisdə qəbiristanlıqların bələdiyyələrin idarəçiliyinə verilməsi ilə bağlı təkliflər komitə iclasları səviyyəsində müzakirə olunur. Bu təşəbbüsün məqsədi qəbiristanlıqların idarə olunmasında yerli özünüidarəetmə orqanlarının məsuliyyətini artırmaq və prosesdə şəffaflığı təmin etmək olsa da, məsələ bir sıra suallar doğurub. Ən çox müzakirə olunan məqam isə belə bir qərarın qüvvəyə minəcəyi halda başqa ərazidə yaşayan şəxslərin bələdiyyə qəbiristanlıqlarında dəfn olunub-olunmayacağı ilə bağlıdır.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Regional məsələlər komitəsinin üzvü, deputat Vasif Qafarov bildirib ki, qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi məsələsi həm hüquqi, həm inzibati, həm də sosial yönləri olan çoxşaxəli mövzudur. Bu təklifin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur və hər iki aspekti balanslı şəkildə dəyərləndirmək vacibdir:

"Bir tərəfdən, bələdiyyələrin yerli özünüidarə orqanı kimi yaşayış məntəqələrinin sosial infrastrukturunun idarə edilməsində birbaşa səlahiyyətə malik olması qəbiristanlıqların da bu infrastrukturun bir hissəsi kimi qiymətləndirilməsinə imkan yaradır. Əgər bu proses düzgün hüquqi tənzimləmə ilə həyata keçirilərsə, yerli səviyyədə məsuliyyət və nəzarət artar, qəbiristanlıqların qorunması, abadlığı və təmizliyi daha səmərəli təşkil olunar. Həmçinin dəfnlə bağlı prosedurlar sadələşər, vətəndaşlar bələdiyyələrlə daha çevik ünsiyyət qurmaq imkanı əldə edər, bələdiyyə resurslarının xərclənməsi üzərində ictimai nəzarət güclənər".
Deputat bu təşəbbüsün müəyyən hüquqi və etik risklər daşıdığını da vurğulayıb:

"Hazırda qəbiristanlıqların idarə edilməsi əsasən dövlət və yerli icra orqanlarının səlahiyyətindədir və bu, dini, ictimai və mənəvi həssaslıq baxımından mühüm məsələdir. Bələdiyyələrin maddi və kadr potensialı bəzi hallarda bu məsuliyyəti daşımaq üçün kifayət etməyə bilər".
Vasif Qafarov bildirib ki, ərazi prinsipi əsas götürüldükdə, bir bələdiyyənin qəbiristanlığında başqa ərazidən olan şəxsin dəfni ilə bağlı hüquqi çətinliklər yarana bilər. Bu isə sosial narazılığa və ayrı-seçkilik riskinə səbəb ola bilər. Eyni zamanda, dəfn yerləri üzərində rüsum və ya ödəniş mexanizmlərinin tətbiqi ictimai narazılıq doğura bilər.

Dəyişikliklərin həyata keçəcəyi təqdirdə qanunvericiliyin də təkminləşməsinin önəmindən danışan komitə üzvü “Bələdiyyələrin statusu haqqında” və “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na müvafiq dəyişikliklər edilməli olduğunu vurğulayıb:

"Ən optimal hüquqi model qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi, lakin dövlət nəzarətinin saxlanılması olardı. Bu halda bələdiyyələr qəbiristanlıqların saxlanmasına və abadlaşdırılmasına cavabdeh olar, amma dəfnlə bağlı əsas qərarlar vahid dövlət qaydaları çərçivəsində qəbul edilərdi".
"Nəticə etibarilə, qəbiristanlıqların bələdiyyələrə verilməsi inzibati səmərəlilik və yerli məsuliyyət baxımından faydalı addım sayıla bilər, lakin hüquqi və ictimai həssaslıq baxımından son dərəcə ehtiyatlı yanaşma tələb edir. Əsas məqsəd mülkiyyət və dəfn hüququnun bərabər qorunması, dini və mənəvi dəyərlərə hörmətin saxlanılması olmalıdır" - sonda o bildirib. 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Hava kəskin dəyişir Güclü külək, leysan...

29 Sentyabr 2026 08:37see128

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri