Icma.az
close
up
RU
Qəbirstanlıqlarda yer tapılmır: Öləndən sonra qəbrimiz də kirayə olacaq?

Qəbirstanlıqlarda yer tapılmır: Öləndən sonra qəbrimiz də kirayə olacaq?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

İslam dini baxımından məzar yerlərinin müddətli saxlanılması və sonradan yenidən istifadə edilməsi məsələsi həssas mövzu hesab olunur. Ənənəvi inanclara görə məzar insanın əbədiyyətə göndərildiyi müqəddəs məkan kimi qiymətləndirilir və ölü qalıqlarının hörmətlə saxlanması vacibdir. Müddətli icarə sistemi birbaşa Qurani-Kərim və hədislərdə nəzərdə tutulmasa da, bəzi müasir fiqh alimləri bunu xüsusən torpaq məhdudiyyətləri və əhalinin sıxlığı səbəbindən səmərəli və inzibati baxımdan anlayışla qarşılayır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, o, İslam dinində qəbir yerlərinin icarəyə verilməsi ilə bağlı Qurandan və hədislərdən dəlillər oxumayıb. 
"Ancaq mövzunu araşdıranda maraqlı məqamlar ortaya çıxır. Çünki, indiyə qədər heç bir müsəlman ölkəsində belə hal görünməyib və bizdə də ənənəvi olaraq mövcud olmayıb. Buna görə də bu mövzu həqiqətən həssasdır, çünki burada həm insanın son mənzili, həm də cəmiyyətin reallıqları qarşılaşır. Məsələyə yalnız öz baxışımızdan deyil, həm də elmi, fiqhi və sosial tərəfdən baxmaq lazımdır. Bilirik ki, İslamda insanın vəfatından sonra onun bədəninə hörmət diri insana göstərilən hörmətin davamı kimi qəbul edilir. Qurani-Kərim bu məsələni birbaşa izah etməsə də, insanın şərəfli varlıq olduğunu bildirir. “Biz Adəm övladını şərəfli etdik” ayəsi bu hörmətin həyatla bitmədiyini göstərən əsas prinsiplərdən biri kimi qəbul olunur. Məhəmməd peyğəmbər (s.ə.s) isə buyurur ki, ölünün sümüyünü qırmaq diri insanın sümüyünü qırmaq kimidir. Bu hədis fiqh alimləri tərəfindən meyitə müdaxilənin ciddi şəkildə məhdudlaşdırılması kimi anlaşılmışdır".
İlahiyyatçı bildirib ki, bu o deməkdir ki, islam dinində qəbir yerlərinin icarəyə verilməsi düzgün yanaşma deyil. 
"Çünki, müəyyən illər sonra icarəyə verilən qəbir yerində vəfat etmiş bir insanın yerində yeni vəfat edən şəxsi dəfn etdikdə keçmiş ölən şəxsin sümüklərinin qalıqları oradan götürülməlidir. Orada qalanda bu da adı problem olur və ölən insana qarşı hörmətsizlik sayılır. Qədim islam alimləri bu mövzuda incə fərqləndirmə aparıblar. Əbu Həmid əl-Qəzali insanın torpağa tapşırıldıqdan sonra rahat buraxılmasının əxlaqi və mənəvi tərəfini vurğulayır və qəbirin toxunulmazlığını əsas prinsip kimi təqdim edir. Yəni, hətta əsrlərlə ölmüş bir insanın qəbir yeri islam dininə görə qorunmalıdır. Bilirik ki, məsələn Məhəmməd peyğəmbərin əsrlərdir ki, qəbri Mədinədə qorunub saxlanılır və ona hörmət göstərilir. Bütün müsəlmanların qəbir yerləri də hörmətlə qorunub saxlanılmalıdır.  Digər tərəfdən, İbn Qudamə və İbn Teymiyyə kimi daha praktik yanaşma ilə tanınan alimlər bildirirlər ki, əgər zərurət yaranarsa və meyit tam çürümüş vəziyyətdədirsə, həmin yerin yenidən istifadəsi müəyyən şərtlərlə mümkündür".
Onun sözlərinə görə, bəzi radikal fikirli özünü sələfiliyə nisbət edən müsəlmanlar var ki, indinin özündə belə valideynlərinin qəbrinin ziyarət edilməsinə, tez tez qəbir ziyarətinə getməyə pis baxırlar. 
"Amma orta mövqedə olan müsəlmanlar və doğru yolda olan sələflər bu radikal mövqeni dəstəkləmirlər. Ona görə də böyük sələf alimləri qəbir yerlərinin zəruri durumlarda dəyişdirilməsini icazəli hesab ediblər və bu yanaşma radikal deyil, əksinə fiqhin “zərurət halında bəzi qadağalar yüngülləşir” prinsipinə əsaslanır. Əslində İslam hüququnda əsas meyar budur ki, meyitə hörmətsizlik olmasın. Əgər qəbir açılarkən insan qalıqları hələ mövcuddursa, bu, uyğun sayılmır. Amma torpaqla tam qarışıb, bioloji olaraq əvvəlki forması qalmayıbsa, bir çox alimlər bunu artıq torpağın təbii dövranına qayıtma kimi qiymətləndirirlər. Bu, müasir biologiyanın da qəbul etdiyi bir həqiqətdir. İnsan bədəni torpaqda müəyyən müddətdən sonra mikroorqanizmlərin təsiri ilə parçalanır və torpağın tərkibinə qarışır. Bu baxımdan, burada artıq fərdi bədən yox, təbiətin ümumi dövranı qalır".
O, bildirib ki, müasir şəhər həyatında isə bu məsələ daha çox praktik çərçivədə müzakirə olunur.
"Xüsusilə Avropa ölkələrində torpaq məhdudluğu, urbanizasiya və qəbiristanlıqların idarə olunması kimi problemlər bu cür sistemlərin yaranmasına səbəb olub. İsveçrə kimi ölkələrdə məzarın müəyyən müddətə verilməsi və sonradan yenidən istifadəsi bu sosial reallığın nəticəsidir. Müasir islam hüquqşünasları da bu məsələyə qəti qadağa kimi yox, şərtli icazə kimi yanaşırlar. Yəni əgər meyit tam çürüyübsə, qalıqlar hörmətlə başqa yerə köçürülürsə və ya artıq fiziki olaraq mövcud deyilsə, bu zaman həmin yerin istifadəsi mümkündür.
Burada əsas məsələ niyyət və münasibətdir. Əgər yanaşma sırf iqtisadi rahatlıq və ya laqeydlik üzərində qurulursa, bu, İslamın ruhuna uyğun deyil. Amma məcburiyyət, yer darlığı və ictimai ehtiyac çərçivəsində, eyni zamanda hörmət prinsipi qorunmaqla edilirsə, bu, fiqhi baxımdan qəbul edilə bilən yanaşma sayılır. İslam dininə görə qəbirin əbədi olaraq toxunulmaz qalması əsas məsələ kimi təqdim olunur, lakin həyatın reallıqları qarşısında müəyyən şərtlərlə yumşaq  yanaşmaya da imkan verir. Burada əsas prinsip dəyişmir: insan öldükdən sonra da hörmətini itirmir. Bu prinsip qorunduğu müddətdə müxtəlif tətbiqlər fiqh çərçivəsində dəyərləndirilə bilər".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri