Icma.az
close
up
RU
“İmkanlı şəxslər qəbirstanlıqlarda əsas yerləri tuturlar” TURAL İRFAN

“İmkanlı şəxslər qəbirstanlıqlarda əsas yerləri tuturlar” TURAL İRFAN

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Dinimizdə qəbir daşı anlayışı yoxdur. Yalnız qəbirlərin itməməsi və tanınması üçün üstünə hər hansı bir nişangah qoyula bilər — bu, dəmirdən də ola bilər, daşdan da, başqa materialdan da. Məqsəd yalnız ziyarət edənlərin həmin qəbri tapa bilməsidir”.

Bu fikirləri  Gununsesi.info-ya açıqlamasında dinşünas Tural İrfan deyib:

“Amma son dövrlərdə  ölkəmizdə, məzarların üzərində böyük, təmtəraqlı daşların, kümbəzlərin qoyulması geniş yayılıb. Hətta bahalı qara mərmərlər, çəkiliş kameraları, müasir kodlar belə istifadə olunur. Bunların hamısı dini baxımdan doğru deyil.

Birincisi, dinimizdə belə təmtəraqlı məzarların qoyulması haram hesab olunur. Bu, bütpərəstlik əlamətlərindən biridir.

İkincisi, bu, israfdır — həm torpağın, həm sərvətin israfıdır. İnsanlar böyük məbləğlər xərcləyərək ölülərinin məzarı üçün bahalı daşlar qoyurlar. Bu isə qətiyyən düzgün deyil. Qəbirstanlıqlarımız sanki dəbdəbəli bir şəhərə çevrilib və burada gedən sanki “yarış” artıq normal hal kimi qəbul edilir.

İmkanlı şəxslər qəbirstanlıqlarda əsas yerləri tuturlar, kasıb insanlar isə kənar, çətin tapılan yerlərdə öz ölülərinə yer axtarmaqda çətinlik çəkirlər. Bundan sonra da mərtəbəli qəbir düzəltməyi təklif edirlər. Axı, niyə bəzi fürsətçil insanlar hektarlarla torpağı zəbt etməli, digər insanlar isə yer çatışmazlığı ilə üzləşməlidir? Bu hal sosial ədaləti pozur, nizam-intizamı dağıdır və milli adətlərimizə də ziddir”.

Tural İrfan əlavə edib ki, əslində, dində xüsusi daş anlayışı yoxdur:

“Sadəcə nişangah olmalıdır — ağacdan, dəmirdən və ya sadə bir daşdan. Məqsəd qəbrin tanınmasıdır.
Peyğəmbərimizin (s) hədislərində də məzarın dörd barmaqdan artıq qaldırılmaması, təmtəraqlı hala gətirilməməsi, ibadətgah şəklinə salınmaması tövsiyə olunub. Lakin sonradan bu, ənənə kimi geniş yayılıb.

Mən hesab edirəm ki, qəbir daşlarının standart bir forması olmalıdır. Bir çox müsəlman ölkələrində də belədir. Bizdə isə vəziyyət daha ağırdır. Buna görə də ciddi qərar qəbul edilməli, standartlaşdırma tətbiq olunmalıdır. Nazirlər Kabinetinin bu barədə göstərişi olsa da, bu, icbari deyil və nəticədə xaos davam edir.

Standart nişangah tətbiq olunarsa, varlı da, kasıb da eyni qaydadan istifadə edər. Köhnə qəbirstanlıqlarımıza baxsaq, babalarımızın məzar daşlarının hamısının eyni üslubda, sadə və oyma daşlardan olduğunu görərik. Yalnız tanınmış şəxslər üçün xüsusi məzardaşları ola bilər — bu, başadüşüləndir. Amma bütün vətəndaşların böyük, bahalı daşlar qoyması həm dini baxımdan doğru deyil, həm də israfdır.

Bu qədər pulu böyük mərmər daşlara xərcləməkdənsə, kasıb və imkansızlara kömək etmək, yetimlərə yardım göstərmək, kənd üçün bulaq çəkmək, körpü salmaq daha savabdır. Qəbirstanlıqlarda yaranmış bu xaosu aradan qaldırmaq üçün ciddi addımlar atmaq vacibdir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri