Icma.az
close
up
RU
Qəbizlikdən əziyyət çəkənlər oxusun! SADƏ VASİTƏ

Qəbizlikdən əziyyət çəkənlər oxusun! SADƏ VASİTƏ

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəbizlik ən yayılmış pozulmalardan biridir. Lakin buna baxmayaraq bir çox insanlar qəbizliyin əslində nə olduğunu bilmir.

Qəbizlik diaqnozu o zaman qoyula bilər ki, defekasiya müntəzəm olmur, defekasiya aktı zamanı insan çox gücənməli olur və nəcis kütləsi quru, "qoyun qığı" şəklində olur. Əgər insan 2-3 gündən bir defekasiya edirsa, lakin bu zaman heç bir çətinlik çəkmir, gücənmir və nəcis kütləsi yumşaqdırsa, bu qəbizlik sayıla bilməz.

Saglamolun.az bildirir ki, zksər hallarda qəbizliyin səbəbi hər hansı xəstəlik deyil, düzgün olmayan qidalanma və maye qəbulu, nəcisi saxlamaq vərdişi, xroniki stress və s. olur. Qəbizliklə mütləq mübarizə aparmaq lazımdır. Qəbizlik orqanizmin intoksikasiyasına səbəb olur, xroniki qəbizlik babasil, duz bağırsağı xərçənginin riskini artırır.

Funksional qəbizlikdən azad olmaq üçün qidalanmada lifli qidaların (meyvə, tərəvəz, göyərti, paxla) miqdarını artırmaq, gün ərzində 1,5-2 l təmiz su içmək, hərəkətli olmaq lazımdır. Əksər hallarda bu sadə qaydalar qəbizliklə mübarizə etməyə kömək edir.

Sadə massaj da bu vəziyyətdə çox yaxşı kömək edə bilər. Bunun üçün bel üstə uzanın, ayaqlarınızı dizlərdə qatlayın. Əvvəl yüngül hərəkətlərlə qarnınızı sığallayın ki, dəri bir qədər isinsin. Daha sonra qarnınızı müxtəlif istiqamətlərdə yaxşı-yaxşı "əzin" (ağrı olmamalıdır). Bu bağırsaqları hərəkət etdirir. Ən axırda qarnınızı dairəvi hərəkətlərlə saat əqrəbi istiqamətində massaj edin.

Belə massajı səhər oyandıqdan dərhal sonra edin. Massajdan sonra 1 stəkan otaq temperaturunda olan adi su için və 30-40 dəqiqədən sonra səhər yeməyi yeyin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri