Qəbizlikdən əziyyət çəkənlər yatmazdan əvvəl BU MEYVƏNİ YESİN
Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qəbizlik bütün dünyada ən yayılmış pozulmalardan biridir.
Bir çox hallarda qəbizliyin səbəbi insanda olan hər hansı xəstəlik deyil, düzgün olmayan qidalanma və maye qəbuludur. Bu səbəbdən heç bir dərmandan istifadə etmədən, sadəcə pəhrizdə müəyyən dəyişikliklər etməklə qəbizlikdən qurtulmaq mümkündür.
İlk növbədə buna əks-göstərişlər yoxdursa gün ərzində orta hesabla 1,5 l adi təmiz su içmək lazımdır.
Bundan əlavə qidalanmada çiy meyvə və tərəvəzlərin, yarmaların miqdarını artırın. Meyvə və tərəvəzlərin əksəriyyəti həzm olunmayan qidalı liflərlə zəngindir ki, bu liflər bağırsaqları "işlədir", daha tez və asan boşalmasına kömək edir.
Saglamolun.az-ın məlumatına görə, bəzi meyvə və tərəvəzlərin qəbizlik zamanı istehlakı xüsusilə arzu olunandır. Belə meyvələrdən biri kividir. Bu unikal meyvənin bir çox faydalı xüsusiyyətləri var:
- müxtəlif vitaminlərlə zəngindir,
- maddələr mübadiləsini yaxşılaşdırır,
- piylərin parçalanmasını sürətləndirərək arıqlamağa kömək edir,
- sinir sisteminə müsbət təsir edir,
- təzyiqi normallaşdırır,
- ürək və damarlar üçün faydalıdır,
- həzm proseslərini yaxşılaşdırır,
- şiş xəstəliklərinidən qoruyur və s.
Bundan əlavə kivi kalium və həzm olunmayan qidalı liflərlə zəngindir. Kalium bağırsaqların normal hərəkətliliyi üçün ən vacib maddələrdən biridir. Həzm olunmayan qidalı liflər bağırsaqlarda mayeni özünə hopdurur ki, bu da defekasiya aktını daha asan edir.
Qəbizliyi aradan qaldırmaq üçün axşam saatlarında 2 ədəd kivini yeyin. Bu bağırsaqları səhər defekasiyasına hazırlayacaq.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 15 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















