Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Qəbizlikdən necə qurtulmaq olar? 8 tövsiyə

Qəbizlikdən necə qurtulmaq olar? 8 tövsiyə

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kədərləndirici tibbi statistik məlumatlara əsasən, inkişaf etmiş ölkələrin əhalisinin 10%-dən artıq hissəsi xroniki (yəni daimi) qəbizlikdən əziyyət çəkir.

Həm də, qadınlarda qəbizlik kişilərə nisbətən 3 dəfə artıq təsadüf edilir. Bu, qadın cinsi hormonlarının hamiləlik və menopauza dövründə onların orqanizminə olan təsiri, həmçinin hamiləlik zamanı, get-gedə böyuməkdə olan uşaqlığın təzyiq etməsi nəticəsində bağırsağın normal fəaliyyətinin pozulması ilə əlaqədardır.

Bəs, qəbizliyin əsas səbəbləri hansılardır və onunla necə mübarizə aprmaq lazımdır?

1. Saglamolun.az xəbər verir ki, əksər hallarda qəbizlik ayrıca bir xəstəlik olmayaraq, digər bir xəstəliyin əlaməti kimi meydana çıxır. Bu, həm bağırsağın özünün xəstəliyi – düz bağırsağın xorası və çatı, bağırsaqda olan bitişmələr, bağırsaq keçməməzliyi, bağırsağın şişləri, hemorroy (babasil) və s. ola bilər. Bundan başqa digər orqanların xəstəlikləri - pankreatit, xolesistit, qalxanvari vəzinin funksiyasının pozulması (məsələn, hipotireoz), şəkərli diabet, müxtəlif nevroloji pozğunluqlar və s. patoloji hallar da qəbizliyin yaranmasına səbəb ola bilər.

Məhz buna görə də qəbizliyin olduğu hər bir halda həkimin baxışı vacib hesab edilir. Sizin başınız qəbizliklə “mübarizəyə” qarışdıqca,  orqanizminizdə olan əsas xəstəlik, diqqətdən kənarda qalaraq, daha güclü və təhlükəli dərəcədə inkişaf etmiş olacaq ki, bu da son nəticədə qiymətli vaxt itkisinə səbəb olaraq xəstəliyin ağırlaşması ilə nəticələnəcək. Əsas xəstəliyi vaxtında aşkar edib onu müalicə etməklə həkim sizi qəbizlikdən də xilas edəcək.

Qəbizliyin təhlükəli, ancaq, xoşbəxtlikdən nadir olan səbəbləri - bağırsaq keçməməzliyi, bağırsaqda olan bitişmələr, bağırsağın şişləri də ola bilər. Buna görə də, əgər sizdə birdən-birə “heç nədən” qəbizlik, qarında ağrı, halsızlıq, nəcisdə qan izləri, qısa müddət ərzində arıqlama və s. bu kimi əlamətlər yaransa, vaxt itirmədən mütləq qastroenteroloqa müraciət edin!

2. Əksər hallarda orqanizmə kifayət qədər maye daxil edilməməsi, yəni orqanizmin susuzlaşması (yüksək hərarət olduqda, havanın quruluğunun və temperaturunun yüksək olması və ya sadəcə olaraq az miqdarda maye qəbul etmək adəti) nəticəsində də qəbizlik baş verir.

Axı su, susuzluq hissiyatı yarandıqda sadəcə olaraq bizim qəbul etdiyimiz maye deyil! Su orqanizmdə olan qanın 80%-ni, beyin toxumasının və əzələlərin 75%-ni və ümumi bədən çəkisinin 55-75%-ni təşkil edir! Hətta bizim sümüklərin tərkibində də su vardır. Su, insan orqanizmini təşkil edən ən əsas maddə olub, onun demək olar ki, hər bir funksiyasına, həmçinin bağırsaqların fəaliyyətinə də təsir edir. Əgər biz, kifayət qədər su qəbul etmiriksə, orqanizm bağırsaq möhtəviyyatından daha çox miqdarda su çəkəcəkdir ki, bu da son nəticədə nəcisin bərkiməsinə, defekasiyanın sayının azalmasına və çətinləşməsinə səbəb olacaqdır. Beləliklə, qəbizliyin qarşısını almaq üçün, gün ərzində kifayət qədər – 2 litrdən az olmayaraq (buraya sulu qidalar da aid edilir) maye qəbul etmək lazımdır! Özünüzdə, səhər yeməyindən əvvəl 1 stəkan su içmək kimi adəti formalaşdırmağa çalışın. Bu, sizin bütün orqanizminizin (həmçinin bağırsaqların) oyanması üçün bir xəbərdarlıq siqnalı (işarəsi) olacaqdır. İçilən su qaynadılmamış (adi təmiz içməli su) olsa, daha yaxşı olar. İçilən bu su, otaq  temperaturunda olmalı, tədricən və kiçik qurtumlarla içilməlidir. Əksər hallarda içilən suyun miqdarının artırılması qəbizlikdən qurtulmağa imkan verir.

3. Bədəndə kalium elementinin çatmazlığı – tez-tez baş verən qəbizliklərin səbəblərindən biridir. Müxtəlif mikroblardan və infeksiyalardan qorxaraq əksər insanlar xeyli müddətdir ki, çiy su içməkdən çəkinərək onu qaynadılmış su ilə əvəz etmişlər. Ancaq onu da bilmək lazımdır ki, qaynadılarkən, suyun tərkibində olan zərərli mikrobların məhv olması ilə yanaşı, onun tərkibində insan orqanizmi üçün çox vacib olan mineral duzlar, həmçinin kalium duzları da parçalanır. Kaliumun çatmazlığı nəticəsində bağırsaqların yığılması (peristaltikası) xeyli dərəcədə zəifləmiş olur ki, bu da çox vaxt qəbizliyin əsas səbəbi olur. Kalium elementi üzümdə, ərik qurusunda, qara gavalıda, əncirdə daha çox olur. Ona gorə də, əgər siz yalnız qaynadılmış su içirsinizsə, sadalan məhsulları daha tez-tez qəbul edin.

4. Düzgün olmayan qidalanma – qəbizliklərin çox tez-tez rast gəlinən səbəblərindən biridir. Qida rasionunda yağlı, qızardılmış, kəskin, duzlu qidalar, ağ çörək, un məmulatları, şirniyyatlar bağırsaqlara xeyli ziyan vuraraq onların fəaliyyətini çətinləşdirir. Buna görə də qəbizlikdən əziyyət çəkənlər (və ümumiyyətlə də, sağlamlığını qorumaq istəyənlər) bu sadalanan məhsulları az-az hallarda qəbul etməlidirlər.

Tünd çay, kofe, şokolad, kəsmik, düyü, nar, heyva, armud da “qarını bərkidirlər”. Bağırsağın ən yaxşı köməkçilərindən biri sellülozadır. Sellülozanın lifləri qida “tullantılarını” orqanizmdən xaric etməyə kömək edirlər. Sellüloza buğda kəpəyində, yulaf yarmasında, meyvə və tərəvəzlərdə, göyərtilərdə, paxlalı bitkilərdə, qoz-fındıqda daha çox olur.

Onu da qeyd etmək vacibdir ki, sellüloza heç də bütün növ qəbizliklərdə kömək etmir. Spastik qəbizliklər zamanı tərkibində sellüloza çox olan qida məhsulları bağırsaq üçün hətta zərərli hesab edilir – qarının xeyli dərəcədə köpməsinə, nəcis kütlələrinin yığılıb qalmasına (bəzi hallarda onları xəstəxanada şəraitində təmizləmək lazım gəlir) səbəb ola bilər. Belə qəbizliyi olanlar meyvə və tərəvəzləri yalnız sürtgəcdən keçirdikdən sonra və ya püre şəklində qəbul edə bilərlər.

Qəbizliyin bütün növlərində heyvani yağlara nisbətən bitki yağlarına üstünlük vermək, ağ çörəyi isə qara çörəklə və ya daha yaxşı olar ki, suxarı ilə əvəz etmək məsləhət görülür. Qarabaşaq, buğda, arpa, yulaf yarmalarından hazırlanmış sıyıqlardan, yağsız turşulaşdırılmış süd məhsullarından tez-tez istifadə etməyə çalışın.

Nə yediyinizin əhəmiyyəti olduğu kimi, onu necə yeməyinizin də əhəmiyyəti vardır. Qida qəbulu gün ərzində 4 dəfədən az olmamalı və mümkün qədər hər zaman eyni vaxtlarda  olmalıdır. Qida qəbulu üçün kifayət qədər vaxt da ayırmağa çalışın, tez-tələsik, qaça-qaçla, ayaqüstə yemək yeməyin, fast-fuddan imtina edin.

5.  Bağırsaqların  fəaliyyətinə çox mənfi təsir edən faktorlardan biri də - kifayət qədər olmayan fiziki aktivlikdir. Sakitlik halında nəinki qol və ayaq və digər əzələlər, həmçinin bağırsaqların hərəkətini təmin edən daxildəki əzələlələr də fəaliyyətsiz qalır. Uzanmış vəziyyətdə olan xəstələrə qulluq edənlərin hər biri, onlarda nəcis ifrazının necə çətinliklə baş verdiyini təsdiq edə bilərlər. Yəni, insan nə qədər tənbəl və az hərəkətlidirsə, onun bağırsağı da o qədər tənbəl olur. Bu vəziyyətdən çıxış yolu isə mümükün qədər çox hərəkət etməkdir. Səhhətiniz imkan verdikcə, bədən tərbiyəsi ilə məşğul olamaq, qaçmaq, üzmək və s. fiziki hərəkətlərlə məşğul olmaq lazımdır. Sağlamlığınız və vaxtınız imkan vermədikdə isə, açıq havada mümkün qədər çox piyada gəzmək məsləhət görülür. Belə bir təsdiq olunmuş məlumat vardır ki, insan orqanizminin normal fəaliyyət göstərməsi üçün, hər gün 11 min addım atmaq lazımdır. Səhərlər yataqda uzanarkən mürəkkəb olmayan, ancaq “bağırsaq üçün” çox xeyirli olan  hərəkətləri etmək yaxşı olar. Bu zaman arxası üstə uzanaraq ayaqlarınızla velosiped sürəndə olan kimi hərəkətləri, “qayçı” hərəkətlərini etmək, qarnınızla “nəfəs almaq”, qarnınızı saat əqrəbi istiqamətində masaj etmək olar.

6. Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbul edilməsi də qəbizliyə səbəb ola bilər. Belə preparatlara ağrıkəsici dərmanlar, antidepressantlar, qıcolma əleyhinə olan preparatlar, arterial təzyiqi azaldan preparatlar, dəmir preparatları, diuretiklər (sidikqovucu dərmanlar) aiddir. Buna görə də, əgər siz bu dərmanlardan hər hansı birini qəbul edirsinizsə, özünüzdə qəbizlik hiss etdikdə, bu barədə müalicə həkiminizə məlumat vermək lazımdır.

7. Defekasiya aktı üçün normal şəraitin olmaması (məsələn, iş yerində - sürücü, satıcı) və ya həddindən artıq “utancaqlıq” (“bunu” qonaq gedəndə, işdə olarkən edə bilmirəm) da, qəbizliyin formalaşmasına səbəb ola bilər. Bu, defekasiya aktına ehtiyac olduğu bir çox hallarda, hər zaman həmin hissin qarşısını almaq vərdişi nəticəsində baş verir. Heç bir halda defekasiya aktına olan hissiyyatın qarşısını almağa cəhd etməyin. Bunun üçün normal şərait olmadıqda isə (iş, tədris), özünüzdə hər gün səhər bağırsağınızı boşaltmaq vərdişi yaratmağa çalışın.

Həkimlər məhz səhərlər olan defekasiya aktını fizioloji olaraq daha normal hesab edirlər. Gecə istirahəti zamanı orqanizm tələsmədən bütün qida tullantılarını “evakuasiya” etməyə hazırlayır. Bu zaman, özünüzü diskomfort vəziyyətə salaraq, bütün gün ərzində qida qalıqlarını bağırsaqlarınızda saxlamağa da ehtiyac olmayacaq.

8. Stres - qəbizliyin daha tez-tez rast gələn səbəblərindən biridir. Stres zamanı orqanizm gərginləşmiş olur ki, bu da normal defekasiya aktının da  pozulmasına səbəb olur. Onu da bilmək lazımdır ki, stres nəinki bağırsağı, həmçinin digər orqan və sistemlərə də mənfi təsir edir. Məhz buna görə, sağlamlığı qorumaq, həmçinin nəcis ifrazının normal olmasını təmin etmək üçün, streslə mübarizə aparmağı və özünüzü sakitləşdirməyi öyrənmək lazımdır. Yuxunun kifayət qədər olması, açıq havada gəzintilər, fiziki aktivlik, “şopinq-terapiya” (mağazaları gəzmək), dostlarla və qohumlarla əlaqə saxlamaq və digər üsullarla stress vəziyyətindən çıxmaq olar. Əgər stress uzun çəkərsə, və siz onun “öhdəsindən gələ bilmirsinizsə”, heç nədən çəkinməyərək mütəxəssisə müraciət etmək lazımdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:436
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri