Icma.az
close
up
RU
Qəbizliyin bilmədiyiniz QORXUNC FƏSADLARI

Qəbizliyin bilmədiyiniz QORXUNC FƏSADLARI

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəbizlik “ədəbsiz” sayılan xəstəliklərdən biridir ki, onun haqqında hətta həkimlə də danışmaq “qəbahət” hesab olunur. Bundan başqa, əksər insanlar qəbizliyi heç də təhlükəli hesab etmirlər.

Bəzi insanlar illərlə bu xəstəlikdən əziyyət çəkərək, işlədici dərmanlar içib, imalələr edib və digər üsullarla “müalicə” olunaraq həkimə müraciət etmirlər. Bu çox təhlükəlidir! Qəbizlik "yüngülvari" halsızlıq deyil, orqanizm üçün ciddi fəsadlar verə bilən böyük bir problemdir!

Bəs, qəbizlik nə ilə təhlükəlidir?

Əgər insan, xüsusən də uzun illər ərzində qəbizlikdən əziyyət çəkirsə, onun bağırsağı normal şəkildə fəaliyyət göstərə bilmir, qidanın tərkibində olan vitamin və mineral maddələrin mənimsənilməsi xeyli dərəcədə çətinləşir, nəticədə maddələr mübadiləsi pozulur.

Digər tərəfdən, qəbizliyin xroniki forma alması nəticəsində orqanizmdə xeyli miqdarda toksinlər, şlaklar, zəhərli maddələr də yığılır. Saglamolun.az bildirir ki, qana sovrulan bu maddələr orqanizm boyunca yayılaraq bütün orqanları zəhərləyir, sinir sistemini, hətta beyini də zədələyirlər. Ona görə də xroniki qəbizliklər bəzi hallarda, sanki onlarla heç bir əlaqəsi olmayan patoloji halların - güclü baş ağrıları, yaddaş pozğunluğu, həddindən artıq əsəbilik, və hətta qocalıqdakı ağıl zəifliyi kimi əlamətlərin baş verməsinə səbəb olurlar.

Xroniki qəbizliklər qaraciyərə ciddi zərər vururlar! Məsələ bundadır ki, bu orqanın əsas vəzifələrindən biri – orqanizmdə olan toksinlər və digər zərərli maddələri zərərsizləşdirərək onları bədəndən xaric etməkdən ibarətdir. Bu maddələr bədəndə xeyli dərəcədə çox yığıldıqda (qəbizliklər nəticəsində) qara ciyər də həddindən artıq dərəcədə yüklənərək zədələnir. Qaraciyərdə xəstəlik olduqda bu daha da təhlükəli olur.

Yoğun bağırsaqda xərçəngin əmələ gəlmə səbəblərinin araşdırılması zamanı tədqiqatçı alimlər belə bir nəticəyə gəlmişlər ki, xroniki qəbizliklər də bu qorxulu xəstəliyin inkişaf etməsinə təsir edə bilər. Məsələ bundadır ki, bizim bütün həyatımız boyu, mədə-bağırsaq sistemindən minlərlə kanserogen (xərçəng xəstəliyinə səbəb ola bilən) maddələr keçir.

Aydındır ki, qəbizlik olduqda bu zərərli maddələr orqanizmdə daha uzun müddət ərzində qalırlar. Onlar orqanizmdə nə qədər çox qalırlarsa, xərçəngin inkişaf etmə ehtimalı daha artıq olur. Yaşlı adamlarda bu risk daha çox olur. Axı onlarda xroniki qəbizlik daha çox təsadüf edilir. Buna görə də onların xərçəngə tutulma təhlükəsi daha yüksək olur.

 

Bundan başqa, uzun müddət ərzində davam edən qəbizlik, bağırsaqda nəcis daşlarının, son nəticədə isə bağırsaq keçməməzliyinin əmələ gəlməsinə də səbəb ola bilərlər.

Qəbizliklər həmçinin insanın immunitetini də aşağı salırlar. Bizə məlumdur ki, immun sisteminin 90%-i bağırsaqlarda yerləşir. Beləliklə, bağırsaqlarların istənilən, xüsusən də xroniki formada olan problemləri, immun sisteminə güclü mənfi təsir edərək, müxtəlif mikroblara, infeksiyalara, özümüzun mutasiya olunmuş (dəyişmiş) hüceyrələrinə (yəni, xərçəng hüceyrələrinə) qarşı bizim təbii müdafiəmizi xeyli dərəcədə zəiflətmiş olur.

Qəbiliklərdən, orqanizmin nəinki daxili orqanları, həmçinin xarici görünüşü də güclü şəkildə zərər çəkir. Belə ki, bu zaman dəridə xeyli sayda irinli səpgilər (yeniyetmə dövrdə olan səpgiləri ilə qarışdırmayın) əmələ gəlir. Onları digərlərindən ayırmaq heç də çətin deyil. Belə ki, bu səpgilər dərinin ən daxili qatlarından gəldikləri üçün çox dərin olurlar. Bunlar, təbii yolla (bağırsaqlarla) xaric ola bilməyən toksinlərdir. Onlar, məhz dəridəki məsamələr və piy vəzilərinin köməkliyi ilə xaricə “açılırlar”.

Qəbizlik çox davam etmirsə, “bağırsaq” səpgiləri yanaqlarda əmələ gəlir. Qəbizlik uzun illər ərzində davam etdikdə isə, səpgilər kürəklər və sinə nahiyyəsində də əmələ gələ bilər. Belə insanlarda qocalma əlamətləri də vaxtıdan əvvəl meydana gəlir. Orqanizmin müxtəlif şlaklarla güclü şəkildə çirklənməsi nəticəsundə dərinin elastikliyi (tonusu) tez bir zamanda pozulur. Bu zaman dəri solğun və xeyli qırışmış olur. Dırnaqlar qat-qat laylanaraq qırılırlar. Xroniki qəbizlik daha çox hallarda erkən yaranan keçəlliyə də səbəb olurlar.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri