Icma.az
close
up
RU
Broyler toyuqlarının qorxunc FƏSADLARI Onlara hansı təhlükəli maddələr vurulur?

Broyler toyuqlarının qorxunc FƏSADLARI Onlara hansı təhlükəli maddələr vurulur?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Hazırda qida rasionumuzda toyuq əti xüsusi yer tutur. Amma toyuq ətinin qiymətlərindəki fərq xeyli suallar doğurur. Belə ki, “kənd toyuğu”nun bir kiloqramı 11-12 manat olduğu halda, broyler toyuğunun kiloqramı 4-5 manata təklif edilir. Tək bu fakt göstərir ki,  broyler toyuqları sağlamlığımız üçün o qədər də münasib deyil.
Broyler toyuqlarına vurulan zərərli maddələr
 

MÖVZU İLƏ BAĞLI:
Gündəlik qəbul etdiyimiz qidalar nə qədər TƏHLÜKƏSİZDİR?


Bizim.Media-nın araşdırmasına görə, 1930-cu illərdən bu yana dünyada ən çox quşçuluq məhsullarının geni dəyişdirilib. Əgər 1957-ci ildə bu toyuqların çəkisi 905 qram idisə, 2005-ci ildə broyler toyuqları 4 kiloqram ağırlığına çatıb.
Ümumilkdə, broyler toyuqları genetik modifikasiya olunmuş (GMO) qida növü hesab olunur. Bu toyuqlar aldığı qida maddələrinin hamısını ətə çevirirlər. Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidirsə, fabrikdə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur. Azərbaycanın broyler müəssisələrində, toyuqlar 40 gündən sonra kəsilir. Türkiyədə isə bu rəqəm 28 gündür.
Amerika alimlərinin apardığı araşdırmalara görə, bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxsaylı dərman vurulur.
Hətta bu dərmanların sayının 59 olduğu bildirilir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Broyler toyuqlarına vurulan antibiotiklərin 15-26% onların canlarında qalır.
Broyler toyuqlarının əti kimi, onun bəzi hissələrinin də istehlakı risklidir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, eyni yaşda olan kənd toyuğu ilə broyler toyuğunun çəkisini müqayisə etsək, böyük fərq görərik:
“Eyni yaşda olan kənd toyuğu cücə hesab edildiyi halda o yaşdakı broyler toyuğu artıq piştaxtaları bəzəyir. Bu da ona görədir ki, fabriklərdə toyuqların yetişdirilməsində intensiv üsullardan istifadə edirlər. Bundan əlavə, fabriklərdə toyuqlar kəsilib qablaşdırılarkən onların artıq çəki alması üçün müxtəlif metodlardan istifadə edilir. 2 il öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qanunvericilik təşəbbüsü ilə broylerlərdə toyuqlara GMO yemlərinin verilməsinə “yaşıl işıq” yandırıldı”.
Müsahibimiz hesab edir ki, broyler toyuqları insanların sağlamlığına da təsir edir:
“Bu təsirlərin izləri müxtəlif formada və müxtəlif zamanlarda üzə çıxır. Fabriklərdə toyuqlar hərəkətsizlik şəraitində saxlanılır. Bu da toyuqların artıq çəki yığmasına səbəb olur. Amma kənd toyuqları daima hərəkətdə olduqları üçün onlar artıq çəki yığmır və onun ətində heç bir qorxulu maddələr olmur. Ona görə də “kənd toyuqları” 4-5 aya böyüdüyü halda, fabriklərdə toyuqlar 30-45 gün ərzində kəsimə hazır olur”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri