Icma.az
close
up
RU
“Qəbul balı mütləq artırılmalıdır, aşağı ballı tələbədən mütəxəssis çıxmaz”

“Qəbul balı mütləq artırılmalıdır, aşağı ballı tələbədən mütəxəssis çıxmaz”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Universitetlərin sayını artırmaqdansa, təhsilin keyfiyyətini yüksəltmək lazımdır. Tələbələr universiteti bitirdikdən sonra sərbəst şəkildə özünə iş tapmalıdır. Təəssüf ki, univesitetlərdə təhsilin keyfiyyətində ciddi böhran müşahidə olunur”.

Bu sözləri "Yeni sabah"a sabiq deputat Etibar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hər 10 min nəfərə düşən tələbə sayına görə postsovet məkanında olan ölkələrin əksəriyyətindən geridə qalır:

“Ümumiyyətlə, universitetlərin və ali təhsilli insanların sayı istiqamətində ciddi tədqiqatlar aparılır. Əslində, Azərbaycanda bu rəqəm ürəkaçan deyil. 10 min nəfərə düşən tələbə sayına görə postsovet məkanında olan ölkələrin əksəriyyətindən geridə qalırıq. Lakin bu o demək deyil ki, universitetlərin sayını artırmalıyıq.

Universitetlərin sayını artırmaqdansa, təhsilin keyfiyyətini yüksəltmək lazımdır. Tələbələr universiteti bitirdikdən sonra sərbəst şəkildə özünə iş tapmalıdır. Təəssüfl ki, univesitetlərdə təhsilin keyfiyyətində ciddi böhran müşahidə olunur. İndiki dövr təlqin edir ki, hər bir şəxs ali təhsil müəssisəsindən aldığı biliklərlə kifayətlənməməlidir.

Başqa bir ciddi məqam da var: bir qisim özəl universitet özünü doğrultmadı. Əgər özəl universitetlər dövlət universitetləri ilə Qərb modelinə uyğun olaraq rəqabət apara bilsəydilər, 51 univeristet kifayət edərdi.

Bütün abituriyentlərin 90 faizi özəl universitetləri sadəcə ehtimal kimi yazırlar. Özəl ali təhsil müəssisələri bu gün faktiki bu funksiyanı yerinə yetirirlər”. 

Etibar Əliyevin diqqətə çatdırıb ki, ixtisaslar üzrə keçid ballarında artımlar olmalıdır:

“Digər tərəfdən, paralel ixtisaslar yaradıldı ki, bu da özünü doğrultmadı. Məsələn, BDU-da, ADPU-da olan ixtisasların bir çoxu başqa ali məktəblərdə də yaradıldı. Bu da şübhəsiz ki, keyfiyyət baxımından əsas ali təhsil müəssisələrinin verdiyi təhsildən geri qalır. Müəllim çatışmazlığı, universitetin özünün ixtisaslaşma problemi var.

Ümumiyyətlə, 150-200 bal göstəricisi klassik qiymətləndirmə ilə götürsək, 2-3 alan abituryentlərdən təşkil olunur. Bəzi universitetlər belə aşağı bal göstəricisi ilə tələbləri bir növ cəlb etməyə çalışır. Mən qəbul ballarının yüksəldilməsinin tərəfdarıyam. Aşağı balla ali məktəbə daxil olan şəxs heç vaxt yaxşı mütəxəssis kimi yetişə bilməz. Amma maraqlıdır ki, ali məktəblərdə belə tələbələr çox rahatlıqla məzun ola bilirlər”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 May 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri