Qəbul imtahanında danışıq bacarıqları bu ildən yoxlanacaq? RƏSMİ
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarında namizədlərdən "danışıq" bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat verib.
Yeniliyin nə vaxtdan tətbiq ediləcəyi məlum deyil.
Modern.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu-ya bildirilib ki, hazırda yalnız doktorantura səviyyəsində xarici dil fənni üzrə imtahan verənlər üçün "danışıq" bacarıqlarının yoxlanılması həyata keçirilir:
"Magistraturaya qəbul imtahanında isə “danışıq” bacarıqlarının yoxlanılması növbəti, yəni 2026-cı il üçün hələ nəzərdə tutulmayıb. Bu qaydanın daha sonrakı illərdə tətbiqi ilə bağlı fikirlər mövcuddur və müzakirələr aparılır. Ümumiyyətlə DİM qəbul qaydalarında hər hansı əsaslı dəyişiklik olduqda iki il öncədən məlumat paylaşır",- deyə DİM-dən məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















