Magistratura imtahanında xarici dil üzrə danışıq bloku sualları da tətbiq olunacaq? RƏSMİ AÇIQLAMA
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məlum olduğu kimi, magistraturaya qəbul imtahanının (I cəhd) fevralın 16-da keçirilməsi nəzərdə tutulur. Məlumatda qeyd olunur ki, imtahan ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. Xarici dil üzrə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq.
Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirmişdi ki, magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq. Hətta bu yeniliyin cari il üçün tətbiq olunması gözlənilirdi.
Maraqlıdır, bu yenilik nə vaxt tətbiq olunacaq?
Mövzunu araşdırmaq üçün DİM-ə sorğu ünvanladıq.
DİM-in şöbə müdiri Xanlar Xanlarzadə sorğumuza cavab olaraq bildirdi ki, hələlik bu il tətbiq olunması nəzərdə tutulmur. X.Xanlarzadə qeyd edib ki, hazırda yalnız doktorantura səviyyəsinə uyğun imtahanlarda danışma bacarıqları yoxlanılır.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















