Icma.az
close
up
RU
Qəbul imtahanının nəticəsi elan olundu 700 bal toplayanlar VAR

Qəbul imtahanının nəticəsi elan olundu 700 bal toplayanlar VAR

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Redaktor.az DİM-ə istinadən xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 29693 abituriyentdən (I qrup üzrə 24059 nəfər, IV qrup üzrə 5634 nəfər) 897 nəfər (I qrup üzrə 726 nəfər, IV qrup üzrə 171 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 4536 abituriyentdən 1231 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Qədimkənd kənd orta məktəbinin məzunu Əlili Müşfiq Aqil oğlu və Bakı şəhəri 64 saylı orta məktəbin məzunu Məmmədov Əbülhəsən Brilyant oğlu göstərib. Əlili Müşfiq Aqil oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (698.3 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 298.3 bal toplayıb. Məmmədov Əbülhəsən Brilyant oğlu isə imtahanın birinci mərhələsində 296.7 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 4 nəfər – Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmməd qızı, Şəki rayonu Orta Zəyzid kənd 1 saylı orta məktəbin məzunu Abdulsəmədli Orxan Fəxri oğlu, Bakı şəhəri 253 saylı orta məktəbin məzunu Abdullayeva Məryəm İlqar qızı, Bakı şəhəri 53 saylı orta məktəbin məzunu Ağaməmmədova Zeynəb Zaur qızı göstərib. Nurməmmədli Sona Məhəmməd qızı və Abdulsəmədli Orxan Fəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir. Onlar imtahanın birinci mərhələsində 300 bal toplayıblar. Abdullayeva Məryəm İlqar qızı imtahanın birinci mərhələsində 289, Ağaməmmədova Zeynəb Zaur qızı isə 286.7 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00-dan 27 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır; Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir; Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında (vərəqində) təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri