Icma.az
close
up
RU
700 bal toplayanlar bu universiteti SEÇDİLƏR

700 bal toplayanlar bu universiteti SEÇDİLƏR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il 2 abituriyent - Orxan Abdulsəmədli və Sona Nurməmmədli qəbul imtahanında 700 bal toplayıblar. 

Modern.az xəbər vrir ki, AzEdu.az ixtisas seçiminin nəticələri ilə bağlı hər iki tələbə ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Orxan Abdulsəmədli Azərbaycan Tibb Universitetinin Müalicə işi (tədris ingilis dili üzrə) ixtisasına qəbul olub:

“Maksimum nəticə göstərdiyim üçün ali məktəbə qəbul olacağımı bilirdim. Yəni ixtisas seçiminin nəticələri mənə sürpriz olmadı.

Ailə üzvlərimlə sevincimi bölüşdüm. Tələbə adını qazanmaq çox gözəl hissdir. Çox sevindim. Təhsilimi davam etdirib peşəkar həkim olmaq istəyirəm”.

700 bal toplayan digər tələbə Sona Nurməmmədli Azərbaycan Tibb Universitetinin (ATU) Tibb ixtisasına qəbul olduğunu bildirib:

“Əslində 9-cu sinifdən sonra valideynlərimin və müəllimlərimin dəstəyi ilə ixtisasımı müəyyənləşdirmişdim. Tibb ixtisası üzrə təhsil almaq qərarına gəldim.Həmçinin bu sahəyə özümündə böyük marağım var.

700 bal topladığımı öyrəndiyim an keçirdiyim sevinc hislərini dünən bir daha yaşadım. Həddən artıq çox sevindim. Ailə üzvlərim də təbii ki, çox sevindilər.

İlk növbədə ali təhsilimi mükəmməl şəkildə almaq istəyirəm. Daha sonra rezidentura təhsilini isə xaricdə davam etdirməyi düşünürəm. Lakin bu barədə  tam dəqiq qərar verməmişəm. Vətənimə layiqli savadlı kadr olmaq istəyirəm.

Abituriyentlərə tövsiyə edirəm ki, çətinliklərə baxmayaraq heç vaxt məqsədlərindən dönməsinlər. Təbii ki, bu yol onlara çətin görünə bilər. Amma əsas odur ki, qarşılarında məqsədləri olsun. Mütləq sistemli şəkildə çalışsınlar.

Həmçinin istirahətlərini də vaxt ayırsınlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Avqust 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri