Icma.az
close
up
RU
Qəbul imtahanlarına onlayn hazırlaşmaq keyfiyyətli nəticə verir?

Qəbul imtahanlarına onlayn hazırlaşmaq keyfiyyətli nəticə verir?

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son bir neçə ildə hazırlıqların, kusların onlayn formada həyata keçirilməsi geniş şəkildə yayılıb. Dil kurslarından tutmuş dövlət qulluğu hazırlıqlarına, abituriyent hazırlıqlarına kimi bütün proseslər onlayn formada aparıla bilir. Bəs onlayn hazırlıq keyfiyyətli nəticə verə bilirmi?

Qəbul imtahanlarında yüksək nəticə göstərmək üçün hazırlıq prosesi necə olmalıdır?

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, təhsildə onlayn hazırlıq prosesinin keyfiyyətli nəticə verib-verməməsi bir çox faktordan asılıdır:

"İlk növbədə qeyd edim ki, təhsildə onlayn hazırlıq prosesinin keyfiyyətli nəticə verib-verməməsi bir çox faktordan asılıdır. Son illərdə onlayn tədris və distant hazırlıq proqramları geniş yayılıb və xüsusilə qəbul imtahanlarına hazırlaşan abituriyentlər arasında populyarlaşmağa başlayıb. Bunun əsas səbəbləri arasında rahatlıq, vaxtın effektiv idarə edilməsi və geniş resurslara çıxış imkanı var. Lakin onlayn hazırlıq hər zaman ənənəvi tədrisi tam şəkildə əvəz edə bilmir və onun effektivliyi tələbənin fərdi xüsusiyyətləri, müəllimin metodikası və istifadə olunan platformaların keyfiyyəti ilə birbaşa əlaqəlidir.

Onlayn hazırlıq prosesinin uğurlu olması üçün bir neçə əsas faktor önəmlidir. Birincisi, dərs platformasının keyfiyyəti və interaktiv olması vacibdir. Sadəcə video dərslər izləməklə yüksək nəticə əldə etmək çətin olur. Onlayn platformalar interaktiv testlər, canlı müzakirələr, tapşırıqlar və müəllimlə birbaşa ünsiyyət imkanları təqdim etməlidir. Ən uğurlu onlayn təhsil sistemləri tələbəyə dərs materiallarını anlamaq üçün praktiki tətbiqlər və real vaxtda müəllimlə sual-cavab imkanı yaradan platformalardır.

İkinci əsas faktor müəllimin metodikasıdır. Ənənəvi sinif mühitində müəllim şagirdin dərsi mənimsəməsini vizual və fiziki şəkildə müşahidə edə bilir, lakin onlayn dərslərdə bu imkan məhduddur. Effektiv onlayn hazırlıq üçün müəllimlər dərs izahlarını daha sistemli qurmalı, vizual materiallardan geniş istifadə etməli və tələbələrin diqqətini aktiv saxlamaq üçün müxtəlif metodlardan yararlanmalıdır. Canlı dərslərdə tələbələrin dərsə cəlb olunması, sualların cavablandırılması və interaktiv müzakirələrin təşkili motivasiya baxımından əhəmiyyətlidir.

Üçüncü mühüm məqam tələbənin motivasiyası və özünüidarəetmə bacarığıdır. Onlayn hazırlıqda tələbənin aktivliyi və məsuliyyəti ənənəvi dərslərə nisbətən daha çox rol oynayır. Müəllim dərs zamanı tələbəni daim yoxlaya bilmədiyindən, onun davamlı şəkildə dərsləri izləməsi, tapşırıqları yerinə yetirməsi və mövzuları təkrar etməsi tələb olunur. Fərdi motivasiya və nizam-intizam olmadan onlayn hazırlıq prosesi effektiv nəticə vermir".

K.Əsədov qeyd edib ki, qəbul imtahanlarında yüksək nəticə əldə etmək üçün hazırlıq prosesi düzgün strukturlaşdırılmalıdır:

"Birinci mərhələdə abituriyentlər öz bilik səviyyələrini müəyyən etməli və çatışmazlıqları analiz etməlidirlər. Bunun üçün sınaq imtahanlarından istifadə etmək vacibdir. Daha sonra hər bir fənn üzrə hazırlıq planı qurulmalı, hər gün müəyyən edilmiş saatlarda dərsə ayrılan vaxt müəyyən edilməlidir. Dərs rejimi pozulmadan davam etdirilməlidir ki, biliklər sistemli şəkildə formalaşsın.

İkinci mərhələ intensiv hazırlıq dövrüdür. Bu mərhələdə abituriyentlər təkrarlara və test tapşırıqlarına daha çox diqqət yetirməlidirlər. Test həlli bacarığı imtahan uğuru üçün əsas faktorlardan biridir. Bəzi tələbələr dərs materiallarını yaxşı bilir, lakin test texnikasını mənimsəmədikləri üçün imtahanda yüksək nəticə göstərə bilmirlər. Ona görə də, müxtəlif test növləri ilə işləmək və vaxtı düzgün idarə etməyi öyrənmək vacibdir.

Üçüncü mərhələdə psixoloji hazırlıq ön plana çıxır. Bir çox tələbə imtahana yüksək səviyyədə hazırlaşsa da, imtahan stresi və həyəcan səbəbindən real biliklərini göstərə bilmir. Buna görə də, imtahan şəraitinə uyğun sınaq imtahanlarında iştirak etmək, vaxt təzyiqi altında işləmək və stressə qarşı psixoloji hazırlıq aparmaq vacibdir. Bunun üçün meditasiya texnikalarından istifadə etmək, idmanla məşğul olmaq və yuxu rejimini tənzimləmək faydalıdır".

"Ən uğurlu qəbul imtahanı hazırlıq strategiyası fərdi və qrup hazırlığını balanslı şəkildə birləşdirməkdir. Onlayn hazırlıq əlavə resurs kimi effektiv ola bilər, lakin tələbə fərdi şəkildə müəllimlə və ya qrup mühitində dərslərə də qatılmalıdır. Ən yaxşı nəticələr tələbənin öz üzərində davamlı çalışması, müəllimlə interaktiv dərslərdə iştirak etməsi və test həll etmə bacarıqlarını inkişaf etdirməsi ilə əldə edilir.

Apardığım tədqiqatlara görə qeyd edim ki, onlayn hazırlıq prosesinin keyfiyyəti istifadə olunan metod və yanaşmalardan asılıdır. Müasir texnologiyalardan effektiv istifadə edən onlayn platformalar və metodik cəhətdən güclü müəllimlər bu hazırlıq formasını effektiv edə bilər. Lakin sadəcə videolar izləməklə və aktiv tədris prosesi olmadan yüksək nəticə əldə etmək çətin ola bilər. Buna görə də, ən yaxşı nəticələr üçün ənənəvi dərslər, onlayn resurslar və fərdi çalışmaların balanslaşdırılmış şəkildə birləşdirilməsi tövsiyə olunur",- deyə K.Əsədov vurğulayıb.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, müasir texnologiyaların təhsilə inteqrasiyası, xüsusilə də onlayn hazırlıq prosesinin geniş yayılması son illərdə aktual müzakirə mövzularından birinə çevrilib:

"Bir çox valideyn və abituriyent onlayn hazırlığın effektivliyi barədə suallar ünvanlayır. Bu prosesin nəticə verməsi bir sıra faktorlardan asılıdır və düzgün yanaşma tətbiq olunduqda, onlayn təhsilin ənənəvi hazırlıq forması ilə müqayisədə ciddi üstünlükləri də ola bilər. Onlayn hazırlıq, düzgün planlaşdırıldığı və keyfiyyətli məzmun təmin edildiyi təqdirdə yüksək nəticələr əldə etməyə imkan yaradır.

Müəllimlərin peşəkarlığı və interaktiv dərslər – Müəllimin dərs zamanı şagirdlə aktiv ünsiyyətdə olması, fərdi yanaşma və geridönüş verməsi əsas şərtlərdəndir. Sadəcə dərsi izah edib keçmək kifayət deyil, şagirdlərin suallarına cavab vermək, onların zəif və güclü tərəflərini müəyyən edib uyğun metodlardan istifadə etmək lazımdır.

Texnoloji təminat və keyfiyyətli platformalar – Onlayn dərslərin effektivliyi üçün istifadə olunan platformaların interaktiv olması vacibdir. Məsələn, Zoom, Google Meet və ya Microsoft Teams kimi platformalarda yazılı və vizual materialların istifadəsi, virtual lövhələrdən yararlanmaq dərsin keyfiyyətini artırır.

Davamlı testlər və qiymətləndirmə – Yalnız dərs dinləməklə uğurlu nəticə əldə etmək mümkün deyil. Şagirdlərin biliklərini mütəmadi yoxlamaq, testlər, imtahan modelləri və praktiki tapşırıqlarla öyrəndiklərini tətbiq etmələrini təmin etmək lazımdır. Onlayn hazırlıqda şagirdin öz məsuliyyətini dərk etməsi əsasdır. Burada müəllimin və valideynin motivasiyaedici rolu da böyükdür. Planlı şəkildə çalışmaq, hər gün müəyyən saat ərzində dərsə vaxt ayırmaq lazımdır. Onlayn dərsləri effektiv edən amillərdən biri də onları digər öyrənmə metodları ilə kombinə etməkdir. Şagirdlər öz üzərində işləməli, kitab və test toplularından istifadə etməli, qeydlər aparmalı və offline tapşırıqları da yerinə yetirməlidirlər. Bu şərtlər yerinə yetirildiyi halda, onlayn hazırlıq yüksək nəticə verməyə qadirdir".

Ekspert qəbul imtahanlarında yüksək nəticə üçün hazırlığın necə olması ilə bağlı sualı da cavablandırıb:

"Qəbul imtahanlarında uğur qazanmaq üçün hazırlıq prosesi yalnız fənlərin öyrənilməsi ilə məhdudlaşmamalıdır. Düzgün strategiya və psixoloji hazırlıq da önəmlidir. Yüksək nəticə üçün 1-2 ay ərzində intensiv hazırlıq kifayət etməz. Abituriyentlər ən azı 1 il əvvəldən sistemli və davamlı şəkildə çalışmalıdırlar. Hər fənnə uyğun vaxt ayırmaq və nizamlı qrafiklə işləmək vacibdir. Hansı fənlərin daha çətin olduğu müəyyən edilməli və onlara əlavə diqqət yetirilməlidir. Real imtahan şəraitinə uyğun sınaqlar abituriyentin imtahan təcrübəsini artırır. Bu, onların vaxtı düzgün idarə etmə və stressə davamlılıq bacarıqlarını inkişaf etdirir.

Qəbul imtahanları yalnız bilik yox, həm də psixoloji dözümlülük tələb edir. Gərginliyə qarşı strategiyalar öyrənmək, imtahan qorxusunu idarə etmək və motivasiyanı yüksək tutmaq mühümdür.

Uzunmüddətli və gərgin hazırlıq prosesində fiziki sağlamlıq da önəmlidir. Yuxu rejiminə əməl etmək, balanslı qidalanmaq və idmanla məşğul olmaq beyinin fəaliyyətini artırır.

Şagirdlər özlərinə uyğun öyrənmə metodlarını tapmalı, qeydlər aparmalı, əvvəl öyrəndiklərini mütəmadi olaraq təkrarlamalıdırlar. Təkrarsız biliklər tez unudulur.

Onlayn hazırlıq ənənəvi metodlardan geri qalmır və bəzi hallarda daha da səmərəli ola bilər. Lakin bu, dərslərin keyfiyyətindən, müəllimin peşəkarlığından və şagirdin məsuliyyətindən asılıdır. Qəbul imtahanlarında yüksək nəticə əldə etmək istəyən abituriyentlər isə mütəşəkkil, planlı və davamlı hazırlıq prosesi aparmalı, həm akademik, həm də psixoloji baxımdan özlərini imtahana tam hazır etməlidirlər.

Təhsil cəmiyyətin inkişafında əsas dayaqlardan biridir və biz bu sahədə keyfiyyəti artırmaq üçün hər zaman innovativ və effektiv metodlardan istifadə etməliyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Mart 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see168

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see148

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see130

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see129

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see128

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see127

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see126

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see121

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see118

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see117

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see115

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see115

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see114

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see114

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see114

Lissabondan Vladivostoka velosiped sürərkən Rusiyada həbs edilib

08 Sentyabr 2025 00:45see114

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see114

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri