Icma.az
close
up
RU
Qəbul imtahanlarında nəticələr dəyişdi: Təhlükə var Üç məqam

Qəbul imtahanlarında nəticələr dəyişdi: Təhlükə var Üç məqam

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlər və xarici ali təhsil müəssisələrinə tam təqaüdlə daxil olan gənclər arasında qızlar üstünlük təşkil edir. Oğlanların təhsildə əvvəlki aktivliyi və uğuru getdikcə azalır. Bu tendensiya cəmiyyətin sosial strukturu və gender rolları baxımından ciddi narahatlıq doğurur.

Hazırkı vəziyyətin səbəbi nədir? Oğlanların ali təhsilə marağının artırılması və dərs göstəricilərinin yüksəldilməsi üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, oğlan uşaqlarına erkən yaşlardan müxtəlif qeyri-akademik rollar yüklənir:

“Oğlan uşaqları sabahın “ailə dayağı” və ya “pul qazananı” kimi böyüdülür. Nəticədə onlar daha tez maddi qazanc əldə etmək üçün texniki peşələrə və ya qanunsuz qazanc yollarına yönəlirlər. Bu, akademik uğura olan motivasiyanı ciddi şəkildə azaldır. Paralel olaraq, qızlar öz ayaqları üstündə durmaq üçün daha çox təhsilə yönləndirilirlər. Maraqlıdır ki, eyni sistem oğlanlara yük, qızlara isə yeganə çıxış yolu kimi görünür”.

Yusif Nəbiyev

Ekspert bildirib ki, problemin həlli üçün sistemli yanaşma və ciddi struktur islahatları lazımdır:

“Birincisi, oğlanlara akademik uğurun da sosial status və nüfuz qazandıra biləcəyi fikri aşılanmalıdır. İkincisi, məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Onlar rol modeli baxımından oğlanlara təsir edə bilərlər. Əks halda, təhsil onların gözündə “qız işi” kimi görünür. Üçüncüsü, təhsil sisteminin əmək bazarı ilə əlaqəsi qurulmalıdır. Göstərilməlidir ki, təhsil sayəsində uğurlu karyera qurmaq, yaxşı gəlir və hörmət qazanmaq mümkündür. Ciddi addımlar atılmasa, oğlan uşaqları təhsildən uzaqlaşaraq küçələrə, kriminal mühitə yönələcəklər. Bu, artıq fərdi yox, cəmiyyətin gələcəyini təhdid edən ciddi sosial problemdir”.

Ləman Hüseynzadə
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 İyun 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri