Icma.az
close
up
RU
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir Üç mühüm məqam

Dollarla bağlı təhlükə: vəziyyət dəyişir Üç mühüm məqam

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Goldman Saks Group” analitikləri hesab edir ki, dollar yenidən riskli valyutaya çevrilə bilər. Ekspertlərin fikrincə, 2025-ci ilin “parlaq” tendensiyalarından biri də dolların ABŞ səhmləri ilə bərabər ucuzlaşma olub. Belə dinamika əvvəlki 10 illə müqayisədə iki dəfədən çox müşahidə edilib. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın ticarət müharibəsi təhdidləri dolların “təhlükəsiz sığınacaq” statusunu itirməsinə səbəb olacaq. Bu isə valyutanın qısa müddətdə qeyri-sabit olmasına gətirib çıxara bilər.

Dolların “təhlükəsiz sığınacaq” statusunu itirməsi nə il nəticələnə bilər?

News24.az xəbər verir ki, Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, dolların “təhlükəsizlik sığınacağı” statusunu itirməsi, ABŞ səhmləri və paralel ucuzlaşması dünya maliyyə sistemində dərin dəyişikliklərə yol aça bilər:

“Bunu üç aspektdən təhlil etmək mümkündür. İlk olaraq, dolların ABŞ iqtisadiyyatında sabit rolu əvvəllər nisbətən davamlı idi. Tarixən dollar geosiyasi və iqtisadi qeyri-sabitlik dövrlərində sərmayədarların etibar etdiyi “sığınacaq limanı” olub. Bu, ABŞ iqtisadiyyatının sabitliyinə bağlı idi. Onların istiqrazları likvid və güvənli hesab edilirdi, dollar isə qlobal ticarətin əsas valyutası idi. Lakin indi vəziyyət dəyişir. Artıq geosiyasi risklər mövcuddur və ABŞ borcu sürətlə artaraq 33 trilyon dollara çatıb. Pul siyasətindəki qeyri-müəyyənlik isə durumu daha da çətinləşdirir. ABŞ bazarlarında dollar artıq təlaş zamanı alınan valyuta deyil, daha çox satılan valyutaya çevrilir. Bu, dolların qlobal maliyyə sistemindəki rolunun dəyişdiyini göstərir”.

Ekspert bildirib ki, ikinci aspekt kapital bazarlarında inamın azalmasıdır:

“Bu, qlobal investorların dollara olan inamını itirərək, alternativ valyutalara üz tutmasına səbəb ola bilər. Əgər bu trend davam edərsə, dolların qlobal rezerv valyutası statusu ciddi şəkildə təhlükə altına düşə bilər. Üçüncü aspekt isə qlobal iqtisadi valyuta sisteminə mümkün təsirlərdir. Məsələn, yapon yeni və İsveç frankı kimi digər valyutaların qlobal iqtisadiyyatda rolunun artması ehtimalı mövcuddur. Hətta Çin yuanı da müəyyən sahələrdə önə çıxa bilər. Dolların zəifləməsi ABŞ ixracatını gücləndirəcək, amma idxal inflyasiyasını artıracaq. qlobal neft və əmtəə bazarlarında dolların qiymətləndirilməsi səbəbindən vacib dalğalanmalar müşahidə olunacaq. Bu gün mərkəzi banklarda bəzi hallarda dolların payının azalmasını görürük. Digər valyutaların güclənməsi də mümkündür. Nəticədə, dolların təhlükəsizlik limanı statusunu itirməsi yalnız ABŞ iqtisadiyyatı deyil, bütün dünya üçün maliyyə nizamının yenidən qurulmasını gündəmə gətirə bilər. Bu, həm risklər, həm də fürsətlər doğurur. Qlobal iqtisadi sistem artıq vahid valyutaya hegemoniyasını itirərək, çoxqütblü və rəqəmsal modelə doğru yönələcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri