Icma.az
close
up
RU
Qəbul üçün müraciət, cavab yerinə təhdid: Müəllim nazirdən kömək gözləyir...

Qəbul üçün müraciət, cavab yerinə təhdid: Müəllim nazirdən kömək gözləyir...

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 saylı onbirillik Musiqi məktəbinin ali-magistr təhsilli müəllimi Orucov Səttar Rizvan oğlu mədəniyyət nazirinə müraciət edib. 

O, sözügedən müraciətində işi ilə əlaqədar olaraq qanunsuzluqla üzləşdiyini, o cümlədən hətta təhdid olunduğunu da iddia edir. 

Müəllim onu da qeyd edir ki, onun nazirlə görüşünə maneələr yaradılır. 

Beləliklə, Gununsesi.info sözügedən müraciəti olduğu kimi təqdim edir:

Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 saylı onbirillik Musiqi məktəbinin ali-magistr təhsilli müəllimi Orucov Səttar Rizvan oğlu tərəfindən MÜRACİƏT

Hörmətli cənab nazir!

Müraciəti ünvanlayan Kəlbəcər rayon Mollabayramlı kəndindən məcburi köçkün olan, hazırda Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış Orucov Səttar Rizvan oğludur. Qeyd edim ki, 2007-2010 -cu illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 2010-2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasının bakalavr, 2014-2016-cı illər də isə eyniadlı müəssisənin Magistr pilləsini bitirmişəm. 2018-ci ildə imtahan vasitəsilə Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 saylı onbirillik Musiqi məktəbində pedoqoji fəaliyyətə başlamışam.

Heç bir təmənna güdmədən, əqidli şəkildə YAP sıralarına qoşulan, Azərbaycan mədəniyyətinə xidmət etməyi qarşısına məqsəd qoyan, tam alitəhsilli kadr kimi 02.06.2024-cü il tarixdə DİM və Mədəniyyət Nazirliyinin birgə həyata keçirdiyi İmtahanda uğurlu nəticə əldə etmişəm. Daha sonra nazirin müşaviri hörmətli Cəsarət Valehovun da üzvü olduğu komissiya heyətindən “həvalə” müsahibəsindən müsbət rəy alıb müvafiq əmrə əsasən Mingəçevir şəhər Şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinin “direktoru” vəzifəsini icra etməyə başlamışam.

Bir ilə yaxın fəaliyyətimə baxmayaraq, 29.09.2025 -ci il tarixdə mənə Regional İdarənin  sektor müdirləri vəzifəsini müddətli müqavilə ilə idarə edən Orxan İbrahimov və Zəfər Hacıyev tərəfindən telefon zəngi edilərək heç bir əsas olmadan, anidən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə  nazirlikdən “hər bir müəssisənin yalnız  öz daxilində fəaliyyət göstərən kadrların vəzifəni müvəqqəti icra edə bilməsi” ilə bağlı  özlərinin kəşf etdiyi,qondarma “Təlimat” gəldiyini, “müqavilə müddətimin Nazirlik tərəfindən uzadılmadığı” kimi əyani sübutu olmayan,heç bir reallığı özündə əks etdirməyən fikirlər səsləndirildi. Həmin gün saat 15:00-da növbədən kənar təşkil edilmiş Pedoqoji Şura iclasında tam ali təhsilli olmağıma baxmayaraq Qanunvericiliyin tələblərinə zidd şəkildə məni kənarlaşdırıb son ana qədər gizli saxladıqları kadr—2021-ci ildə maliyyə pozuntusuna və ciddi nöqsanlarına görə “direktor müavini” vəzifəsindən  uzaqlaşdırılmış, orta ixtisas təhsilli Əhmədova Aynur Qiyas qızını   təyin etmişdirlər. Halbuki Regionda fəaliyyət göstərən 15  uşaq incəsənət və musiqi məktəblərinin ən az 8-ində orta ixtisaslı və ərazi baxımından digər məktəblərin müəllimləri həvalə olaraq rəhbərlik edir. Nazirliyin adından istifadə edərək səsləndirdikləri rəsmi sübutu olmayan, dırnaqarası “Təlimat” yəqin ki, yalnız mənə aid imiş!!!

29 günün tamamında Əhmədova Aynur vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyi üçün könüllü ərizəsiylə kənarlaşdırılmış və 1 aya yaxın məktəb sektor müdirlərinin “Kadr tapılmır” iddialarıyla rəhbərsiz fəaliyyət göstərmişdir.Pedoqoji heyətin əmək haqlarının zamanında ala bilməməsi çoxsaylı şikayətlərə səbəb olmuşdur!

Nəhayət, 2023 -cü ildə Pedoqoji Şura qarşısında vəzifə öhdəliklərini düzgün icra etmədiyinə və təhsil yetməzliyinə görə uzaqlaşdırılmış Salamova Esmira Akif qızını yenidən müəyyən maraqlara söykənərək Şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinə həvalə olaraq “direktor” təyin etmişdirlər.Bununla da 2021-ci ildən ən çox rəhbər dəyişkənliyinə məruz qalmış, Şəhid adını daşıyan məktəbi öz maraqları üçün oyun alətinə çevirmişlər.Atılan qeyri-qanuni,operativlikdən kənar addımlarla Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi kollektivin gözündə olan nüfuzunu da yerlə bir etmişdir.

Mədəniyyət Nazirliyinə çoxsaylı zənglərim və müraciətlərim təəssüf ki, nədənsə qarşılıqsız qalmış, ümumi şöbədə zənglərə cavab verən və qəbul məsələlərinə cavabdeh şəxs Aysel adlı xanım tərəfindən “tabe müəssisənin əməkdaşı olduğunuz üçün Cənab nazirin qəbulunda olmanız mümkün deyil” kimi gülməli, absurd  ifadələrlə cavablandırılmışdır.

Birbaşa Cənab Adil Kərimliyə qəbul üçün ünvanladığım təcili “Teleqram”a da yenə eyniadlı xanım “012-493-43-98” nömrəli, nazirliyə məxsus telefonla zəng edərək həmin ifadələrlə qəbulun mümkünsüzlüyünü, məni müavinlərin qəbuluna yaza biləcəyini bildirmişdir. Səadət Yusifovanın qəbulu üçün qeydlər götürülsə də, 2 aydır hələ də heç bir reaksiya yoxdur. Nazirliyin rəsmi elektron ünvanına 1 aya yaxındır ki, ünvanladığım rəsmi müraciət də cavabsız olaraq qalır!

Yuxarıda adını qeyd etdiyim sektor müdiri Orxan İbrahimov 17.12.2025-ci il tarixdə gecə saatlarında mənə zəng edərək qəbula yazıldığımı soruşmuş, əgər bu gerçəkləşərsə, ərizə yazaraq işdən çıxmalı olacağını və mənlə üz-üzə qalacağını və.s təhdid xarakterli fikirlər səsləndirmişdir. Nazirliyin adından istifadə edərək özündən qondarma “Təlimat” kəşf etmək, Azərbaycan qanunvericiliyini heçə sayaraq magistr dərəcəli kadrı qərəzli olaraq kənarlaşdırıb əvəzində isə bütün Region mədəniyyətinin yaxşı tanıdığı, vaxtilə kollektivin gözü önündə fəaliyyətsizliyinə və korrupsiyaya iddialarına görə uzaqlaşdırılmış  orta ixtisas təhsilli müəllimi yenidən vəzifəyə gətirmək nəinki Azərbaycan Mədəniyyətinə xəyanət, həm də böyük bir qanun pozunutusu faktıdır. Sektor müdiri atdıqları addımın Cinayət məsuliyyəti olduğunu deyəsən hələ indi dərk edib!

Region rəhbərliyinin hadisələrə qeyri-obyektiv, qərəzli yanaşması, özlərinin kəşfi olan idaretmə sistemi, qurulan  monopoliya  AMK-nın magistratura pilləsini bitirmiş tam ali təhsilli kadrın heç bir əsas olmadan vəzifə icrasından uzaqlaşdırılması mədəniyyətimiz adına sadəcə biabrçılıqıdır.

Ancaq Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan professional musiqisinin banisi, dahi Ü.Hacıbəylinin adını daşıyan 11 illik musiqi məktəbində hal -hazırda 1 faiz belə musiqi savadı və ixtisası olmayan,diplomu ölkə səviyyəsində keçərsiz, 2010-cu ildə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin “tarix” diplomunu hansısa yolla əldə etmiş, 2 dəfə MİQ üzrə imtahandan müvəffəqiyyətsiz olmuş, Peşə məktəbindən gəlmiş, son dövrlər isə  AMK-nı MUSİQİ anlayışının “M” hərfini belə anlamadığına  görə bitirə bilməyən,natamam təhsilli birinin vəzifədə saxlanılması nədənsə “qanunauyğundur”.

Deməli, burada  hansısa maraqlara söykənməklə onun qanunsuz əməllərinə göz yummaq kimin kim olduğunu,kimin mədəniyyətə xidmət etdiyini açıq şəkildə  ortaya qoyur.

Ulu Öndərimizin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyev hər zaman bilikli, savadlı gənclərə böyük önəm vermiş, lazımı şəkildə dəstək olmağın zəruriliyini vurğulamışdır. Bu prinsiplə, Cənab nazirimizin də regionda baş verən bu gülünc gedişlərdən  xəbərsiz olduğuna adım kimi əminəm. Azərbaycan Mədəniyyətinə layiqli şəkildə xidmət etməyi qarşısına məqsəd qoymuş, Ümummilli liderimizin banisi olduğu  YAP-ın öncül, gənc üzvlərindən biri olaraq müraciətimə operativ şəkildə baxılmasını və digər bu kimi halların qarşısı alınması məqsədilə Cənab nazirə bütün bu olanları birbaşa məruzə etməyim üçün  köməklik göstərməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri