Icma.az
close
up
RU
Qəddarlıq, zorakılıq... : Kremlin dəyişməyən üzü Qalib İbrahimoğlu yazır

Qəddarlıq, zorakılıq... : Kremlin dəyişməyən üzü Qalib İbrahimoğlu yazır

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1990-cı il. Yanvarın 19-dan 20-nə geçən gecə... Saat 3-də telefon səsinə oyandıq. Yevlax Şəhər Komsomol Komitəsində işləyən qardaşım telefonun bu başında xeyli susduqdan sonra bir söz deyə bildi:

-Oldu...

Və atamla bayıra çıxaraq nəsə danışdılar. Daha sonra evə qayıdıb “Ruslar Bakıda qırğın törədib” deyərək, qonşuları oyatmağımızı, ayıq-sayıq olmağımızı tapşırıb “raykom”a getdi...

Bu o gün idi ki, “XI Qızıl Ordu” dediyimiz rus ordusu gecəykən Bakıya girərək dinc əhalini qətlə yetirmişdi.

Bir neçə gün əvvəl Yekaterinburqda OMON-un gecə yarısı orada yaşayan azərbaycanlıların evinə soxularaq soydaşlarımızı qətlə yetirməsi xəbərini eşidəndə istər-istəməz bu hadisəni xatırladım.

Əslində Rusiya-Azərbaycan münasibətlərinin kölgəsində həmişə bir xətt olub: imperiya maraqları, nəzarət istəyi və etnik azlıqlara qarşı ikili standartlar.

Rusiya imperiyası və sonralar Sovet İttifaqı, həmçinin postsovet dövründəki Rusiya Federasiyası ilə münasibətlərdə zaman-zaman dərin dramatik epizodlar yaşanıb.

... 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun 26 min nəfərlik kontingenti Bakı şəhərinə daxil olaraq əliyalın dinc əhaliyə qarşı kütləvi qırğın həyata keçirdi. Rəsmi məlumatlara görə, 147 nəfər öldürüldü, yüzlərlə insan yaralandı, itkin düşdü. Bu hadisə Azərbaycanın milli oyanışını boğmaq cəhdi idi.

SSRİ rəhbəri Mixail Qorbaçov bu addımı “Konstitusiya qaydalarını bərpa etmək” kimi əsaslandırdı, həqiqət isə başqa idi: bu, imperiyanın süqutundan qorxan Moskvanın son canvermə cəhdlərindən biri idi. Maraqlıdır ki, eyni dövrdə Ermənistanda baş qaldıran separatizmə və azərbaycanlıların qovulmasına qarşı heç bir ciddi tədbir görülmədi. Bu, Kremlin seçici və ikili standartlı yanaşmasını təsdiqləyirdi.

... 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiya ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı dəstələri Xocalıda soyqırım törətdilər. Soyqırımı zamanı 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. Hadisə zamanı işgəncə ilə öldürülənlərin, başları kəsilənlərin, diri-diri yandırılanların olması bu qətliamın sadəcə hərbi yox, etnik təmizləmə məqsədi daşıdığını sübut edir.

Əslində, bu fakt Rusiyanın Qarabağda bitərəf yox, məhz TƏRƏF və Ermənistanın arxasında duran əsas güc olduğunu göstərir.

...1992-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun işğalı baş verdi. Bu proses zamanı da Rusiya açıq şəkildə ya Ermənistana silah yardımı etdi, ya da bitərəf görünərək hadisələrin gedişinə müdaxilə etmədi.

Belə faktlar bir deyil, on deyil.Və hələlik sonuncu sayılan (sonuncu olacaqmı?!) Yekaterinburqda OMON-çuların gecə yarısı azərbaycanlıları qətlə yetirməsi də bu qəbildəndir.

Baş verənlər onu göstərir ki, artıq Kreml üçün tarixi bağlılıq, qonşuluq deyilən məfhumlar qaımayıb. Rusiya üçün artıq güc var, təhdid var, qarşıdurma var. Əgər bu gün Rusiya qardaş olan, dili, dini eyni slavyan Ukrayna xalqına qarşı ən iyrənc qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, soyqırım həyata keçirirsə, onda digər xalqlara qarşı daha qəddar davranışı təəccüb doğurmamalıdlr.

Baş verənlər iki ölkə arasında diplomatik və siyasi gərginliyə səbəb olub. Belə ki, hadisədən sonra Rusiyanın səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya tərəfinə iyunun 27-də həmvətənlərin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.

Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Daha sonra Rusiya XİN Yekaterinburqda azərbaycanlıların kütləvi saxlanılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.

Qurumun sözçüsü Mariya Zaxarova bildirib ki, əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb.

"İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Volokov tərəfindən Azərbaycan tərəfinə lazımi izahat verilib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əminlik ifadə olunub. Qeyd olunan cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir", - Rusiya XİN sözçüsü vurğulayıb.

Bu arada Rusiya baş nazirinin müavini Aleksey Overçukun iyunda Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub. Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.

Bu hadisə ikitərəfli münasibətlərdə yeni böhran yaratmaq riskini daşıyır.

Belə ki, Yekaterinburqda etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib.

Etnik azərbaycanlılara qarşı dövlət səviyyəli təzyiq iddiaları beynəlxalq hüquq orqanlarına və insan haqları qurumlarına müraciətlər üçün əsas yaradır. Hər iki ölkənin müvafiq orqanlarının qarşılıqlı əməkdaşlıqla işi qısa zamanda araşdırması lazımdır.

İşdə günahı olan şəxslərin - həm fiziki, həm mənəvi məsuliyyət daşıyanların - ciddi cəzaya məruz qalması zəruridir.

Bu gün rəsmi Moskvanın qonşu ölkələrə, eyni zamanda Rusiyada yaşayan müsəlmanlara qarşı sərgilədiyi qəddarlıq böyük təhlükənin proqnozudur. Tarixdən dərs almaq və vaxtında tədbir görmək isə bütün bəşəriyyətin məsuliyyətidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri