Icma.az
close
up
RU
Qədim Çin riyaziyyatçısı ehtiramla anılıb

Qədim Çin riyaziyyatçısı ehtiramla anılıb

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Liu Hui – 1800

Dünən AMEA-nın Rəyasət Heyətində dünya şöhrətli görkəmli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş “Minilliklərin riyaziyyat ahəngi. Kainatla dialoq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Əvvəlcə Liu Huinin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və Çin arasındakı ədəbi əlaqələrə toxunaraq son illərdə iki ölkə arasında elmi, ədəbi münasibətlərin də yüksək səviyyədə olduğunu söyləyib. O, AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini, həmin müəssisələrlə əməkdaşlıq memorandumlarının imzalandığını diqqətə çatdırıb.

Konfransın dünya şöhrətli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunduğunu deyən AMEA rəhbəri vurğulayıb ki, onun riyaziyyata və həndəsəyə dair tədqiqatları dünya riyaziyyat elminin əsaslarını təşkil edib, maraqlı və ciddi elmi əsərlər ortaya qoyub: “Liu Pifaqor teoreminə bənzər bir teoremin sübutunu təqdim edib. Liu Hui həm Çində riyaziyyat elminin əsaslarını qoyanlardan biri olmuşdur, həm də dünya riyaziyyat elminə misilsiz töhfələr vermişdir”.

Çin Elm və Texnologiya Assosiasiyasının direktoru Ruan Cao çıxışında ölkəmizdə və Azərbaycan Milli Elmlər Akademiyasında olmaqdan məmnunluğunu dilə gətirib, konfransın təşkilinə göstərdiyi dəstəyə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu deyən Ruan Cao ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını söyləyib.

Liu Huinin 1800 il öncə yazıb-yaratdığını deyən direktor həmin dövrün Çin tarixində elmin, mədəniyyətin intellektual çiçəklənmə dövrü kimi qəbul edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Liu Huinin tədqiqatları nəzəriyyə ilə təcrübənin vəhdətini təşkil edib, xüsusilə “Riyazi sənətin doqquz fəsli” əsərində mühüm yeniliyə imza atıb, pi (π)-nin dəyərini təxmini olaraq tapmaq üçün çoxbucaqlını dairəyə yazmaq metodundan istifadə edib.

Konfransda çıxış edən UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov Komissiya adından tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, Liu Huinin 1800 illik yubileyinin qeyd olunması UNESCO-nun 2024–2025-ci illər üzrə tədbirlər planında əksini tapıb və bu, elmin, düşüncənin bəşəri dəyərinin ifadəsidir.

Çıxışlardan sonra “Minilliklərin riyaziyyat ahəngi. Kainatla dialoq – Liu Hui silsilə yubiley tədbirləri” adlı tanıtım videosu nümayiş etdirilib.

Mərasim “Sivilizasiyalararası dialoq və akademik mübadilələr üzrə çıxışlar” mövzusunda sessiya ilə davam edib.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri