Icma.az
close
up
RU
Qazaxda şəhidlərin xatirəsi ehtiramla anılıb

Qazaxda şəhidlərin xatirəsi ehtiramla anılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Qazax, 23 sentyabr, AZƏRTAC

Qazaxda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar – Şəhidlər unudulmur!” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyəti və “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, səhiyyə işçiləri, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə xəstəxananın qarşısında Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin adını daşıyan bulaq kompleksi önünə gül dəstələri düzülüb, şəhidin xatirəsi ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Anım Gününə dair videoçarx nümayiş etdirilib.

PHŞ-nin direktoru Afiq Fərruxov çıxışında Vətən müharibəsi zamanı xəstəxananın döyüş rejimində fəaliyyət göstərdiyini, tibb işçilərinin həm ön, həm də arxa cəbhədə yaralılara tibbi yardım göstərdiyini bildirib. Qeyd olunub ki, müharibə zamanı xəstəxanada yüzlərlə yaralıya tibbi xidmət göstərilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb. Bildirib ki, şəhidlərin xatirəsi daim ehtiramla anılır, qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğı davam etdirilir. İcra başçısı müharibə zamanı tibb işçilərinin yaralı hərbçilərin müalicəsində böyük fədakarlıq göstərdiyini qeyd edib.

Tədbirdə 44 günlük Vətən müharibəsində könüllü həkim kimi fəaliyyət göstərmiş Vasif Məmmədov və Həsən Məmmədov müharibə günlərində yaşadıqları hadisələr və yaralı hərbçilərə göstərilən tibbi yardımla bağlı xatirələrini bölüşüblər.

Şəhid Adil Əfəndiyevin atası Qədir Əfəndiyev şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Çıxış zamanı PHŞ-də müharibə iştirakçıları ilə iş üzrə mütəxəssis Gülən Muradova görülən işlər barədə məlumat verib. Bildirilib ki, indiyədək 1077 qaziyə və 955 şəhid ailəsinə stasionar və ev şəraitində tibbi xidmət göstərilib.

Müxbir -Ruslan Novruzoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri