Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ötən onilliklərin solmayan kinolentləri

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ölümdən sonra insanı nə gözləyir?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Qədim dahinin 1 faizlik səhvi

Qədim dahinin 1 faizlik səhvi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qədim yunan alimi Eratosfen eramızdan əvvəl 240-cı ildə, sadəcə, bir çubuğun kölgəsindən və bir qədər bilikdən istifadə edərək Yer kürəsinin dairəsini son dərəcə dəqiqliklə hesablaya bilmişdi. Bu barədə IFLScience məlumat verir.

Məqalədə bildirilir ki, e.ə. 276-cı ildə anadan olan Eratosfen musiqi nəzəriyyəçisi, riyaziyyatçı, coğrafiyaçı və şair idi. Lakin o, ən çox Yer kürəsinin çevrəsini inanılmaz dərəcədə dəqiq,- 1%-dən az səhvlə,- müəyyən etməsi ilə tanınır. Qeyd edilir ki, bəzən bu səbəbdən onu “astronom” adlandırırlar, baxmayaraq ki, bu hesablama istisna olmaqla astronomiya ilə demək olar məşğul olmamışdı.

E.ə. 240-cı ildə Eratosfen, həmçinin bir çox həmkarı kimi, Yerin sferik olduğunu düşünürdü. Onun üçün mühüm məqam o idi ki, Misirin Syena (indiki Asuan) şəhərində dərin bir quyunun mövcud olduğunu bilirdi. NASA alim barədə belə danışır: “İnsanlar su götürmək üçün dairəvi pilləkənlərlə quyuya enirdilər. Pilləkəndə qaranlıq olurdu. Lakin ildə bir gün, - 21 iyunda, - günorta günəşi birbaşa dibə düşürdü. Eratosfen həmin gün öz kölgəsinin çox qısa olduğunu, - yalnız ayaqlarını örtüb yanındakı yerə düşmədiyini, - müşahidə etmişdi".

Sonra Eratosfen Misirin başqa şəhəri olan İsgəndəriyyəyə yollandı. Eyni gündə orada günəş quyu dibini işıqlandırmırdı və NASA-nın məlumatına görə, o, orada kölgəsinin daha uzun olduğunu gördü. İsgəndəriyyədə o, şaquli çubuğun (qnomonun) kölgəsini ölçdü və onun perpendikulyardan 7° 12' bucaq altında yayınmasını müəyyənləşdirdi, halbuki Syenada, ümumiyyətlə, kölgə yox idi.

“Günəş o qədər uzaqdadır ki, şüaları Yerə paralel şəkildə çatır. Günəş şüalarına müxtəlif bucaqlarla yerləşdirilən çubuqlar fərqli uzunluqda kölgə salır. Belə kölgə fərqi üçün İsgəndəriyyə ilə Syena arasındakı məsafə Yer səthində təqribən yeddi dərəcəlik bucağa uyğun olmalı idi. Yəni bu çubuqlar Yer mərkəzinə doğru uzadılsa, yeddi dərəcəlik bucaq altında kəsişərdilər. Yeddi dərəcə isə 360°,- Yerin tam çevrəsinin,- təqribən 1/50-i deməkdir”, - amerikalı astronom Karl Sagan “Kosmos” kitabında və serialında bunu belə izah edib.

Eratosfenin hesablamanı başa çatdırması üçün bir amil çatışmırdı -Syena ilə İsgəndəriyyə arasındakı dəqiq məsafə. Bu, indi sadə səslənsə də, o dövrdə dəqiq ölçmələr çox çətin idi. Tez-tez şəhərlər arasındakı məsafəni kilometrlə deyil, dəvənin yol getmə vaxtına görə müəyyən edirdilər. Dəvələr isə bəzən istiqamətdən yayınır, templərini dəyişir və ya düz marşrutla getmirdilər.

Buna görə alim “bematistlər” adlanan, eyni addımlarla məsafə ölçən peşəkar ölçüçüləri işə götürdü. Onlar qayıdaraq təqribən 5000 stadion nəticəsini bildirdilər (təxminən 1 stadion 157,5 metr hesab olunur).

“Bucağı ölçən Eratosfen çevrənin təqribən 1/50-ni aldı. İsgəndəriyyə ilə Syena arasındakı məsafənin 5000 stadion olduğunu bilən alim, tam çevrəni 50×5000, yəni 250 000 stadion kimi hesabladı. Bu, real qiymətdən cəmi 1,4% fərqlənir”, - astrofizik Alfredo Karpineti izah edir.

Nəşr qeyd edir ki, Eratosfenin işini qiymətləndirərkən nəzərə almaq lazımdır: biz onun istifadə etdiyi stadionun dəqiq uzunluğunu bilmirik. Buna görə onun nəticəsi Yerin çevrəsini 38 624 km-dən 46 671 km-ə qədər göstərə bilər. Halbuki bu gün biz dəqiq bilirik ki, ekvator üzrə bu rəqəm təqribən 40 075 km-dir, meridian üzrə isə bir qədər azdır.

Məqalənin yekununda vurğulanır ki, Eratosfenin əldə etdiyi nəticə, sadəcə bir neçə kölgə, bir çubuq və eyni addım atan bir neçə insandan istifadə edən bir şəxs üçün heyrətamiz dərəcədə dəqiq idi.

Hazırladı:

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see298

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see222

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see205

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see184

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see182

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see180

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see179

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see179

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see179

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see179

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see178

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see177

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see177

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see177

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see176

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see175

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see174

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see173

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see172

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri