Icma.az
close
up
RU
Qədim daş kitabələrdə ilk dəfə Musa peyğəmbər haqqında yazılar tapılıb

Qədim daş kitabələrdə ilk dəfə Musa peyğəmbər haqqında yazılar tapılıb

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Müstəqil tədqiqatçı Musa peyğəmbərin həyatı haqqında yazıları qədim daş kitabələrdə aşkar etdiyini iddia edir. Kəşf təsdiqlənərsə, bu, “Müqəddəs Yazılar”ın mətnlərindən kənarda bu peyğəmbərin mövcudluğunu təsdiqləyən ilk arxeoloji sübut ola bilər.

“The Jerusalem Post” nəşri xəbər verir ki, müstəqil tədqiqatçı Maykl Bar-Ron Misir mədənində tapılan 3800 illik “Proto-Sinay” yazısını deşifrə edərək mühüm bir kəşfə imza atıb. O iddia edir ki, orada “zot m’Moshe”, yəni, “bu Musadandır” yazılıb. “GEO France” nəşrinə görə, bu deşifrə alimlər və ilahiyyatçılar arasında maraq və mübahisə yaradıb, “Bibliya”dakı Musanın “Müqəddəs Yazılar”ından kənarda onun mövcudluğunu təsdiqləyən arxeoloji sübutlar təqdim edə bilər.

Yazılar eramızdan əvvəl 1800-cü ilə aid olan, dünyanın ən qədim əlifbalarından biri hesab edilən qədim yazı sistemi olan “Proto-Sinay” hərfləri ilə hazırlanıb. Bu yazının Finikiya, yunan və latın əlifbalarının sələfi olduğu düşünülür. “GEO France” bildirir ki, ərazidəki digər tapıntılar arasında Misir ilahəsi Baalatiyə həsr olunmuş yazılarla yanaşı, İsraildə erkən adı El olan tanrıya istinadlar da var. Bu elementlər “Bibliya” rəvayətlərinin mümkün tarixi əsaslarını əks etdirir, həmin dövrdə semit insanlarla misirlilər arasında mədəni və dini qarşıdurmanı göstərir.

Misirdəki Serabit əl-Xadim adlı məkan XX əsrin əvvəllərində “Proto-Sinaitik” mətnlərin tapıldığı qədim firuzəyi mədən yeri olub. Bar-Ronun şərhləri təsdiqlənərsə, bu, arxeoloji məlumatları “Bibliya” mətnləri ilə əlaqələndirən bir kəşfə bərabər olacaq. Tədqiqatçı səkkiz il ərzində yüksək dəqiqliyi olan fotoşəkillərdən və məlum yazıların, xüsusən də əvvəllər mənasız simvollar hesab edilən “Sina 357” və “Sina 361”in 3D skanlarından istifadə edib. Bu, tədqiqatçının Musaya aid etdiyi sübutların təsdiqi ilə nəticələnib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Avqust 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri